vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 14 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Müstəqillik yolu qədər çətin yol yoxdur»

Heydər Əliyev (1923 - 2003)
OLAY  
10:03 | 18 avqust 2014 | Bazar ertəsi Məqaləyə 2622 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«Fankart reklamı» problemi

«Qalatasaray» «Əmrahbank»ı məhkəməyə verir

MÖVZU İLƏ ƏLAQƏLİ

Türkiyədəki «GS kredit kartı formatını Azərbaycanda fankard adı altında hazırlayan «Amrahbank» Bakıda Türkiyənin sarı-qırmızı rəngli klubunun tərəfdarı olanların diqqətini çəkmək üçün bazara İstanbulun «Qalatasaray» və Bakının «Neftçi» klublarının birgə iş birliyi ilə hazırlandığını irəli sürdüyü bir kredit kartını çıxarıb.

Modern.az Türkiyə KİV-nə istinadən xəbər verir ki, təqdimatda və Azərbaycanda keçirilən təqdimatda isə kart sahiblərinə GS Store mağazalarından 10 faiz ilə 20 faiz arasında güzəştlər, «Qalatasaray»ın matçlarına uçuş imkanları ifadə edilib. Bu kart mətbuat açıqlaması ilə bazara sürüldükdən sonra «Qalatasaray» klubu xəbərdar olub və hərəkətə keçib.

«Qalatasaray» klubuna heç bir dəfə xəbər verilmədən çıxarılan tərəfdar kartı ilə bağlı sarı-qırmızılar «Amrahbank» adlı Azərbaycan firmasına qarşı iddia qaldıracaq.

«Qalatasaray» klubu avqustun 18-də Azərbaycan bankına etiraz göndərəcək və bu məsələ hüquqi çərçivədə həll ediləcək.