«Atları keçidlərdə dəyişmirlər»
Elman Rüstəmov daha beş il ölkənin bank sisteminə rəhbərlik edəcək
MÖVZU İLƏ ƏLAQƏLİ
-
Mərkəzi Bankın qanunsuz kreditləri
Elman Rüstəmov məsuliyyətə cəlb ediləcəkmi?
-
Rəqəmsal bankçılığın əngəli qalxdı
Elman Rüstəmov rəqəmsal bankçılığın inkişafında nə ilə yadda qalacaq?
-
Bank sektorunda canlanma gözlənilir
Rüstəmovun fəaliyyətində əsas nöqsanı ...
-
Manatın materialı dəyişəcək
Mərkəzi Bank polimer pula keçməyi planlaşdırır
-
Başbankirin sevmədiyi kəlmə
Elman Rüstəmov: “… sözündən az istifadə edin”
-
Rüstəmov devalvasiyanı etiraf etdi?!
Baş bankir jurnalistlərə seminar keçmək istəyir, şəxsən
-
«Əvvəlki kimi çılğın deyildim»
Samir Əliyev: «İstəyirəm futbolçular da sərbəst oynasınlar»
-
Şərifovla Rüstəmovun limiti
Seçkidən sonra hakimiyyət komandasında olmayacaq məmurlar
-
«Tam razıyam»
Elman Rüstəmov: «İnflyasiya bizim başlıca problemimizdir»
-
«İlin sonunadək manat bahalaşa bilər»
Elman Rüstəmov: «Müsbət tendensiyalar onun göstərir ki, ...»
-
«Biz səlahiyyət həddini aşdıq»
Qüdrət Həsənquliyev: «Hansı ağlı başında olan adam bu ölkəyə yatırım qoyar?»
-
Deputat nazirlərə səsləndi
«Samir müəllim, Elman müəllim, biz bununla xalqın belini qırırıq»
-
Baş bankir DB rəsmisi ilə müzakirə apardı
«Azərbaycanda maliyyə sabitliyinin təmin edilməsi üçün xüsusi proqramlar həyata keçirilir»
-
«Elman Rüstəmov iki ayağını bir başmağa dirədi...»
Araz Əlizadə: «Nuru paşa Gəncədə oturmuşdu, qızıl tələb edirdi»
-
MB-nin şişirdilmiş aparatı
Səlahiyyət alınıbsa, keçmiş heyət indi nə işə baxır?
-
Deputat Mərkəzi Bankı topa tutdu
«Əhaliyə əziyyət verib, pul qazanırlar»
Ölkənin tanınmış iqtisadçısı Samir Əliyev ona ünvanlanan jurnalist müraciətlərini nəzərə alaraq Elman Rüstəmovun növbəti beş ildə Azərbaycan Mərkəzi Bankına rəhbərlik edəcəyi ilə bağlı mövqeyini açıqlayıb.
«Elman Rüstəmov ölkənin bank sisteminin sükanını növbəti dəfə əlində saxlamağa müvəffəq oldu. Gözlənilməz hadisələr baş verməsə, o, daha 5 il ölkənin bank sektoruna rəhbərik edəcək. Ölkənin baş bankiri artıq 20 ildir bu sistemə rəhbərlik edir. Bank sisteminin inkişafında onun rolu danılmazdır. Bank sektorunun uğuruna da, uğursuzluğuna da cavabdehlik daşıyır. Elman Rüstəmov hakimiyyətin 2-3 peşəkar kadrlarından biri hesab olunur. Hətta müxalifət də bunu etiraf edir.
Yenidən təyinat gözlənilən idimi? Bəli. Çünki indiki həssas məqamda Elman Rüstəmovun postunu tərk etməsi riskli idi. Məşhur deyim var: Atları keçidlərdə dəyişmirlər. Mövcud bank sistemini Elman Rüstəmov qurmuşdu və onu ancaq özü idarə edə bilərdi. İndiki dövrdə sistemin başına başqasının gətirilməsinin ağır fəsadları ola bilər. Elman Rüstəmovun vəzifədə qalması həm də hakimiyyətin bank sektorunda ciddi addımlar atmaq niyyətində olmadığını göstərdi.
Mərkəzi Bankın rəhbəri daim banklara münasibətdə konservativ yanaşma tətbiq edib. Bankların xarici maliyyə bazarına çıxışı məhdud olub, xarici bankların ölkəyə daxil olması mümkünsüz edilib. O, rəhbərliyi dövründə əhalinin banklara və milli valyutaya inamının bərpa olunasına nail olub. Ölkədə dollarlaşma səviyyəsi aşağı düşüb. İnflyasiya səviyyəsi, o cümlədən idxal inflyasiyası minimuma endirilib. Təəssüf ki, bank sektorunda kredit faizlərinin yüksək olması, kiçik və orta sahibkarlığın kreditə əlçatanlığının zəif olması, bankların məhdud xidmətlər göstərməsi, bank müştərilərinin hüquqlarını pozulması kimi problemlər həllini tapa bilməyb. Bu azmış kimi, neftin ucuzlaşması fonunda yaranmış vəziyyət, devalvasiya göstərdi ki, bank sektorunun dayanıqlığı zəifdir. Qısa müddətdə insanların banklara və manata olan etimadı itməyə başladı. Bankların isə müflisləşmə təhlükəsinə daha da yaxınlaşdı.
Köhnə-yeni sədrin fəaliyyətinin müsbət və mənfi tərəfləri barədə kifayət qədər danışmaq olar. Ancaq bir məsələni xüsusilə vurğulamaq istəyirəm ki, Azərbaycanın mövcud bank sistemi ölkə iqtisadiyyatına adekvatdır. Mövcud iqtisadi paradiqmada bundan yaxşı bank sistemi qurmaq çətin görünür. O da aydındır ki, bank sektorunu uzun müddət indiki səviyyədə saxlamaq mümkün olmayacaq. Zəruri addımlar atılmasa böhranın olması qaçılmazdır.
Növbəti 5 il Elman Rüstəmov üçün çox çətin keçəcək. Çünki qarşıda onu növbəti devalvasiya ehtimalı və onun törədəcəyi fəsadlar, neft gəlirlərinin azalması səbəbindən yavaşımış iqtisadiyyat, yüksək inflyasiya təzyiqi gözləyir.