«Xeyr» cavabının xeyri olmadı
Rayona göndərilmiş müəllimənin oğurlanıb qaçırılması ilə bağlı yeni xəbər
MÖVZU İLƏ ƏLAQƏLİ
-
Təqsirkarlar cəzalandırılmalıdır
Qazilərimizə qarşı məmur biganəliyi və sayğısızlıq gənclərimizin vətənpərvərlik duyğularına böyük zərbədir
-
Zəlzələ Ağsunun “ağladıb”
Rayonun şimal dağ kəndlərində ciddi fəsadlar var
-
Qarpız qızıla dönüb, xəbəri yox fermerlərin
Sabirabad qarpızı bazarlardan yoxa çıxdı, qiymətlər də kəskin artdı ...
-
“Pambıqçıların zəhərlənməsi təxribat deyil”
Ekspert səbəbləri göstərdi: “Təhlükəsizlik qaydalarına riayət edilmir”
-
“Ürəkbulanma zəhərlənmə demək deyil”
Pambıq tarlalarının sifarişçisi - “Aqrarkredit” şirkətindən açıqlama: “Nəticələri gözləyirik”
-
“Bizim vaxtımızda belə hadisələr olmurdu”
Məşhur pambıqçı zəhərlənmələrdən heyrətə gəlib
-
Zəhərlənmə olayı prezidentin nəzarətində
Xəstələrin vəziyyəti isə qənaətbəxşdir
-
Təlimata əməl edilməyib...
Saatlıda 24 nəfərin zəhərlənməsi ilə bağlı araşdırmalara başlanılıb
-
Prezident Sabirabada pul ayırdı
22 milyon 358 min manat
-
İcra başçıları üçün kritik son ay
Prezidentin verdiyi müddət dekabrın 15-də bitir; pambıq yığımında bir neçə rayon geridə qalıb
-
«Şəhərin illərlə yığılıb qalmış problemləri var»
Dövlət büdcəsindən dotasiya almayan Sumqayıtın xərcləri hardan qarşılanır...
-
14 min ton pambıq yığılıb
Bu il ötən ildən 2.6 dəfə çox ərazidə «ağ qızıl» əkilib
-
Ağsu sakinləri qorxu içində
Ayı adamlara hücum etdi
-
Həyətdən neft çıxdı?
Əgər dedikləri təsdiqlənsə, Ağsu sakininin taleyində yeni ağ səhifə açılacaq
-
15 km uzunluqda beton kanallar çəkiləcək
Muğanın ilan mələyən düzləri də əkinə hazırlanır
-
Məsciddə yanğın çıxıb
Məlumatı FHN yayıb
Keçən ilin aprel ayında Ağsu rayonunun Nuran kəndində orta məktəb müəlliməsinin oğurlanması və cinsi təcavüzə məruz qalması faktı ilə bağlı məhkəmə prosesi başlayıb.
Lent.az xəbər verir ki, Nuran kənd məktəbində Təhsil Nazirliyinin göndərişi əsasında kimya fənnini tədris edən 23 yaşlı Sara Vəliyevanı (ad və soyad şərtidir) zorla maşına mindirərək qaçıran Nüydü kənd sakinləri 1985-ci il təvəllüdlü İsrafilov Bəhruz Dursunəli oğlu, onun qardaşı 1980-ci il təvəllüdlü İsrafilov Müşfiq Dursunəli oğlu, dostu 1994-cü il təvəllüdlü Əsgərov Əmrah Əbulfət oğlu və sürücü İsgəndərov Eldəniz Bəbir oğlu barəsində başlanmış cinayət işi Şəki Ağır Cinayətlər Məhkəməsinə daxil olub və iş icraata verilib. Onlardan 3-ü Cinayət Məcəlləsinin 144.2.3-cü “qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən adam oğurluğu”, müəllimə ilə evlənmək istəyən B.İsrafilov isə 144.2.3-cü maddə ilə yanaşı, məcəllənin 149.2.4-cü (xüsusi amansızlıqla zorlama), 149.2.5-ci (təkrar zorlama), 150.2.4-cü (xüsusi amansızlıqla seksual xarakterli digər zorakılıq hərəkətləri) və 150.2.5-ci (təkrar seksual xarakterli digər zorakılıq hərəkətləri) maddələri ilə təqsirli bilinir.
Qeyd edək ki, məlum hadisə keçən il aprelin 19-da səhər saatlarında baş verib. Müəllimə dərsə gələrkən kəndin ortasında qəfil maşın dayanıb və onu zorla maşına mindirərək aparıblar. Aprelin 23-də isə oğlanların qohumları qızı gətirərək ailəsinə təhvil veriblər. Məlum olub ki, müəllimə evlənmək məqsədi ilə qaçırılıb. Nüydü kənd sakini Bəhruz İsrafilov telefonla müəlliməyə niyyətini bildirib və rədd cavabı alıb. Bundan sonra elçi belə göndərmədən qruplaşma yaradaraq müəlliməni qaçırıb. Oğlanlar gənc müəlliməni əvvəlcə İsmayıllı, daha sonra isə Sabirabad rayonuna aparıblar.