İranda futbolçulara qarşı gülünc qərar
«Panionios»un iki oyunçusu İsrailin «Maccabi» klubuna qarşı oynadıqlarına görə millidən qovulub
MÖVZU İLƏ ƏLAQƏLİ
-
İranda timsah həyəcanı
Sel nəticəsində 8 nəfərin ölümü təsdiqlənib
-
“Haşdi Şabi”ni kim vurub?
Partlayış səsləri bu dəfə İraqdan gəldi
-
Tehran-İsfahan-Məşhəd arasında “gəzinti”
Zahidinin ölümündən əvvəlki səyahət marşrutu suallar yaradıb
-
Vaşinqton və “boz ərazi”
Bayden administrasiyasının heç vaxt dəqiq strategiyası olmayıb
-
İsrail Livanla savaşa hazırlaşır?
Müdafiə naziri daha bir müharibənin anonsunu verib
-
İsrailə PUA hücumu
24 saat ərzində ikinci hadisə
-
İki general öldürüldü
İsrail İranın Dəməşqdəki konsulluğunu vurdu, Tehranda nümayişlər
-
İsrailin Hələbə hücumu
Onlarla rejim və Hizbullah yaraqlısı öldürülüb
-
Bizimlə dirəşən o birilərlə barışır
İran ətrafında halqa daralıb, sanksiyalar sərtləşib
-
İran elitasında parçalanma?
Uğurlu inqilab üçün əsas amil
-
Xalqa qarşı 9500 “Hizbullah”çı ...
Molla rejimi etirazçılara qarşı Yəmən, İraq və Əfqanıstandan terrorçular gətirir?
-
Mollaları silkələyən şüarlar...
“Biz hamımız Mohsen Şəkəriyik!”
-
İran odla oynayır ...
... yaxud bir Abbasılıq qiyməti olmayan yalan
-
İranı qarışdıracaq daha bir qətl
Sünni dini lideri qaçırdılar və üç güllə vurdular
-
Şeytanın cənnətə girmək duası ...
Netanyahu hökumətində “Müsəlman Qardaşlar Hərəkatı”na yer yoxdur
-
HHM qarşılığında PUA
Rusiya və İran tam hüquqlu tərəfdaşa çevrilir
«The Telegraph»ın bildirdiyinə görə, İran milli futbol yığmasının iki oyunçusuna, İsrailin «Maccabi» klubuna qarşı matçda oynadıqlarına görə ömürlük qadağa qoyulub.
İki yarımmüdafiəçi - 33 yaşlı Məsud Şocayi və 27 yaşlı Ehsan Hacısəfi israillilərə qarşı Yunanıstanın «Panionios» komandasının tərkibində Avropa Liqası seçmə oyunlarının üçüncü dövrəsində oynayıblar.
İran idman nazirinin müavini Məhəmmədrza Dəvarzani televiziya ilə çıxışında deyib ki, «Şocayi və Hacısəfi bundan sonra heç vaxt milli komandada oynamayacaqlar, çünki onlar qırmızı xətti keçiblər».
Nazir müavini deyib ki, bu iki oyunçunun yunan klubunda oynadıqlarını və oradan maaş aldıqlarını başa düşür, lakin onların «nifrət doğuran rejimin komandası» ilə oynaması İran xalqı üçün qəbulolunmazdır.
«The Telegraph» yazır ki, İran hökuməti İsrail dövlətini tanımır və İran idmançılarına bu ölkənin idmançılarına qarşı yarışmaq belə qadağan edilib.
Nazir müavini bunu da etiraf edib ki, Şocayi və Hacısəfi «təzyiqlərə» və «pul cəriməsinə» baxmayaraq İsraildə keçirilən birinci matçda oynamayıblar.
Buna baxmayaraq hər iki futbolçu avqustun 4-də keçirilən cavab matçında meydançaya çıxıb.
Bu da bildirilir ki, «Panionios» həmin oyunu 0-1 hesabı ilə uduzub. Yunanlar bundan əvvəlki oyunu da eyni hesabla uduzmuşdular.
İran Futbol Federasiyasının vise-prezidenti Əli Kafəşiyan Mizan saytına deyib ki, bu iki oyunçu hətta onların kontraktları ləğv olunsaydı belə israillilərlə eyni oyunda iştirakdan imtina etməliydilər.
İran parlamentinin xarici siyasət komitəsinin sözçüsü Hüseyn Naqəvi-Hüseyni isə Mehr agentliyinə deyib: «Bəşəriyyətə işğal, qətl, təcavüz və xəyanətdən başqa bir şey verməyən rejimin idmançılarına qarşı oynamaq, minlərlə şəhidin ruhuna və sionist rejimin işğalçılığına görə yurdlarından didərgin düşənlərə hörmətsizlik kimi qiymətləndirilməlidir».
İsrailin Xarici İşlər Nazirliyi isə hadisə ilə əlaqədar «Twitter»də yazıb: «İsrail idmançılarına qarşı matçlarda oynamamaq tabusunu pozmuş Məsud Şocayiyə və Ehsan Hacısəfiyə əhsən!»
«Manchester United» komandasının keçmiş məşqçi köməkçisi Karlos Kuirosun (Carlos Queiroz) başçılıq etdiyi İran milli yığması gələn il Rusiyada keçiriləcək Dünya Çempionatında iştirak edəcək.
«The Telegraph» yazır ki, bu iki yarımmüdafiəçinin çempionatda oynamaması İran yığmasının şanslarını xeyli azalda bilər.
Onlar ötən iyulda «Panionios» komandasına gələndə, Hacısəfi 84 oyunda 6, Şocayi isə 71 oyunda 7 qol vurmuşdu.
Məqalədə deyilir ki, İran rəsmilərindən fərqli olaraq futbol azarkeşləri sosial mediada hər iki futbolçuya geniş dəstək verirlər.