vaxtlı-vaxtında oxuyun! Şənbə, 27 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Məhəmməd Əmin Rəsulzadə (1884 - 1955)

«İnsanlara hürriyət
Millətlərə istiqlal»

Məhəmməd Əmin Rəsulzadə (1884 - 1955)
GÜNDƏM  
18:22 | 30 sentyabr 2017 | Şənbə Məqaləyə 2739 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Dilqəm Əsgərovdan məktub gəldi

7 aydan sonra ...

MÖVZU İLƏ ƏLAQƏLİ

Erməni işğalçıları tərəfindən Kəlbəcərdə girov götürülən Dilqəm Əsgərov 7 aydan sonra ailəsinə məktub göndərib. Bu barədə AzVision.az-a girovun oğlu Kürdoğlu Əsgərov bildirib.

«7 ay idi ki, atamdan məktub almırdıq. Ona görə çox narahat idik. Nəhayət, dünən atamın məktubu bizə çatdı. Məktub qısa məzmunludur. Səhhəti ilə bağlı heç nə yazmayıb. Hamıya salam göndərib, hər şeyin qaydasında olduğunu, narahat olmamağımızı qeyd edib», - K.Əsgərov deyib.

Xatırladaq ki, 2014-cü ilin iyul ayında Rusiya vətəndaşı Dilqəm Əsgərov və Azərbaycan vətəndaşı Şahbaz Quliyev Kəlbəcərdə öz ata-baba yurdlarını ziyarət etmək istəyərkən Ermənistan Silahlı Qüvvələri tərəfindən girov götürülüblər, Azərbaycan vətəndaşı Həsən Həsənov isə güllələnərək öldürülüb. H.Həsənovun meyiti düşməndən alınaraq Bakıda dəfn edilib.

İşğal altındakı Dağlıq Qarabağda D.Əsgərov və Ş.Quliyev üzərində qanunsuz «məhkəmə» qurublar. «Məhkəmə»nin qərarı ilə D.Əsgərov ömürlük, Ş.Quliyev isə 22 il müddətinə azadlıqdan məhrum edilmə cəzasına məhkum olunub.