vaxtlı-vaxtında oxuyun! Bazar ertəsi, 22 yanvar 2018
ABŞ dolları 1 USD = 1.7001 AZN
Avro 1 EUR = 2.0849 AZN
Rusiya rublu 1 RUB = 0.0301 AZN
İngilis funt sterlinqi 1 GBP = 2.3661 AZN
Türk lirəsi 1 TRY = 0.4512 AZN
Heydər Əliyev (1923 - 2003)

«Dünya ümumiyyətlə quruculuqla, tikib-yaratmaqla yaşayıb, inkişaf edib»

Heydər Əliyev (1923 - 2003)
GÜNDƏM  
14:40 | 10 oktyabr 2017 | Çərşənbə axşamı Məqaləyə 408 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

ABŞ Türkiyəni itirməyi gözə alıb

Vaşinqton-Ankara gərginliyinə sözardı

Şahin CƏFƏRLİ

MÖVZU İLƏ ƏLAQƏLİ

ABŞ-ın Türkiyə-Rusiya yaxınlaşmasından narahat olduğu üçün Ankaranı cəzalandırmaq istədiyi barədə şərhlər var.

Qatılmıram.

ABŞ bölgədə apardığı siyasətin Türkiyəni Rusiya ilə yaxınlaşmaq məcburiyyəti qarşısında qoyacağını anlamayacaq qədər bəsirətsiz deyil. Təbii ki, anlayır. Bəs, anladığı halda niyə belə edir? Səbəb sadədir: Vaşinqton Türkiyə-Rusiya işbirliyinin onun maraqlarına hansısa ciddi təhdid yarada biləcək nəticələr doğuracağına inanmır. Bu hesablamanın doğru və ya yanlış olduğunu mən deyə bilmərəm, bunu zaman göstərəcək. Lakin fakt odur ki, Türkiyə ABŞ üçün «soyuq müharibə» dövründəki strateji önəmini xeyli itirib. 2003-cü il 1 mart tarixli TBMM qərarı Türkiyənin rəsmən ABŞ-la müttəfiqlikdən imtina etməsi anlamına gəlirdi və o qərardan sonra Vaşinqton tədricən Türkiyə ağırlıqlı bölgə siyasətindən vaz keçməyə, Türkiyənin maraqlarına açıq etinasızlıq, bəzən isə hörmətsizlik nümayiş etdirməyə başladı.

ABŞ-ın addımlarından hiss olunur ki, o, Türkiyəni itirməyin bütün mümkün neqativ nəticələrini gözə alıb və itirəcəklərini kompensasiya etmək üçün tədbirlər də görüb. Türkiyə ABŞ-ı «İncirlik»dən çıxara bilər, amma bu, problem deyil, əgər ehtiyac duyarsa, ABŞ sərhədin o biri tərəfində - İraqda bu tip böyük aviabaza yarada bilər. (Həm İraqda, həm də Suriyada ABŞ-ın kiçik bazaları var.) Əslində Qatardakı böyük aviabaza ABŞ-ın Yaxın Şərq regionundakı ehtiyaclarını ödəyir, yenisinə bəlkə də ehtiyac duymayacaqlar. Ehtiyac duysalar, Türkiyədən azacıq o yanda Gürcüstan variantı da var, dünəndən hazırdır ki, ABŞ gəlsin orada hərbi baza yaratsın. (Bu istiqamətdə işlər gedir.)

Bəzən deyilir ki, Türkiyə ABŞ-ı «İncirlik»dən qovub, bazanı Rusiyanın istifadəsinə verər. Sırf ABŞ-ı qıcıqlandırmaq naminə bunu etmək olar, amma məsələ burasındadır ki, Rusiyanın da «İncirlik»ə, yaxud Türkiyə ərazisində başqa bir baza qurmağa strateji baxımdan ehtiyacı yoxdur. Rusiyanın Ermənistanda, Gürcüstanda (Abxaziya, C.Osetiya), Ukraynada (Krım) və Suriyada hərbi bazaları mövcuddur və bunlar hələlik Qafqaz, Yaxın Şərq, Qara dəniz regionlarında Rusiyanın maraqlarını təmin etmək baxımından yetərlidir.

Türkiyənin digər «kozır» kartı boğazlar hesab edilir. Boğazların şübhəsiz ki, strateji önəmi böyükdür, amma onların hüquqi rejimi beynəlxalq anlaşma ilə (Montrö Konvensiyası) tənzimlənir və ABŞ gəmiləri də məhz bu sənəd əsasında boğazlardan yararlanır, yəni Türkiyənin burada ABŞ-a verdiyi xüsusi imtiyaz yoxdur.

Türkiyə Qara dəniz ölkəsi olaraq NATO və ABŞ üçün önəmlidir, lakin NATO-nun yeni strategiyası çərçivəsində Qara dənizdə də rollar dəyişir. Burada ittifaqın əsas dayaq nöqtəsi kimi Rumıniya seçilib. Artıq Rumıniyada daimi dislokasiya olunacaq NATO briqadası formalaşdırılıb, bu briqadanın yer, hava və dəniz komponentləri yaradılıb. Üstəlik, Qara dənizdə ABŞ-ın Ukrayna kimi sadiq tərəfdaşı da var və dünəndən hazırdır ki, ABŞ gəlsin orada hərbi baza yaratsın. (Bu istiqamətdə işlər gedir.)

Yəni, çox uzatmadan deyim ki, ABŞ «mənim Türkiyəyə yox, Türkiyənin mənə ehtiyacı var» havasındadır. Bu hesablamanın nə qədər doğru və ya yanlış olduğunu zaman göstərəcək. Söhbət ondan getmir ki, Türkiyə ABŞ üçün əhəmiyyətsiz bir ölkəyə çevrilib. Təbii ki, belə deyil. Sadəcə, ABŞ seçimi Türkiyənin öhdəsinə buraxıb və hər iki varianta da hazır görünür.

İstənilən halda, ABŞ-Türkiyə münasibətlərinin pozulması Azərbaycanın maraqlarına uyğun deyil.


   

şərhləri göstər

DİQQƏT!

Əziz oxucular. Mövzudan kənar, müəllifin şəxsinə və təhqir sözlər olan şərhlər yolverilməzdir. Sadaladıqlarımızdan savayı bütün fikirləriniz bizim üçün dəyərlidir.

Hələlik rəy yoxdur.

Şərh əlavə etmək

* Daxil edilməsi vacibdir
(göstərilməyəcək)
 
Smile Sad Huh Laugh Mad Tongue Crying Grin Wink Scared Cool Sleep Blush Unsure Shocked
 
1000 ədəd
 
Yeni şərhlər barədə mənim email ünvanıma məlumat göndər.
 
Mənim blankımdakı məlumatları bu kompüterin yaddaşında saxla.
 
Mən şərtləri. oxuyub tanış olmuşam və qəbul edirəm *
 
 

MÜƏLLİF

ANKET

Hökümətin ölkədə hansı sahəyə diqqətinin artırılmasını istərdiniz?

  • Elm-təhsil
  • Səhiyyə
  • Sosial Müdafiə
  • Ekologiya, təbii sərvətlər
  • Müdafiə-təhlükəsizlik
  • Mədəniyyət, incəsənət, ədəbiyyat
  • Kənd təsərrüfatı, aqrar sənaye
  • Sahibkarlıq, sənaye (zavod, fabrik)