vaxtlı-vaxtında oxuyun! Çərşənbə axşamı, 16 oktyabr 2018
ABŞ dolları 1 USD = 1.7000 AZN
Avro 1 EUR = 1.9729 AZN
Rusiya rublu 1 RUB = 0.0257 AZN
İngilis funt sterlinqi 1 GBP = 2.2505 AZN
Türk lirəsi 1 TRY = 0.2879 AZN
Heydər Əliyev (1923 - 2003)

«Fikir müxtəlifliyi təbii hadisədir. Hamı bir boyda ola bilmədiyi kimi, eyni fikirdə də ola bilməz»

Heydər Əliyev (1923 - 2003)
DİGƏR NÖVLƏR  
10:44 | 15 oktyabr 2017 | Bazar Məqaləyə 893 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«Bakıda xüsusi atmosfer var»

«Formula-1»in baş memarı: «Orada ötmə ilə hər şey çox yaxşıdır»

MÖVZU İLƏ ƏLAQƏLİ

«Formula-1» avtodromlarının bir çoxunun memarı olan Herman Tilke həm də Bakıdakı şəhər həlqəvi yolu layihəsinin müəllifidir. Onun fikrincə, «Azərbaycan Qran-Prisi»ndə xüsusi atmosfer var.

Virtuaıaz.org «Çempionat» portalına istinadən xəbər verir ki, Tilkenin sözlərinə görə, Bakıdakı həlqəvari yol küçə yürüşlərində ötmə əməliyyatının çətin olması barədə formalaşmış stereotipləri alt-üst eidr.

«Bəs Bakı? Orada ötmə ilə hər şey çox yaxşıdır. Bəli, bəzi şəhərlərdə daha çətindir. Yolu mövcud binaları nəzərə almaqla layihələndirirsən, lakin hər şey mümkündür. Düşünürəm ki, «Formula-1»ə indi mövcud olan stasionar və küçə yollarının növbələşməsi lazımdır. Küçə yürüşləri pilotlar üçün çətindir, amma tamaşaçılar yarışı izləmək üçün heç yerə getmək məcburiyyətində deyillər. Sinqapur, Monako və Bakı kimi mərhələlərdə xüsusi atmosfer var. Ümumilikdə isə, bu avtomobil idmanı üçün çıxış yolu deyil – küçə yürüşləri yalnız mərhələli seriyalar üçün keçərlidir», - Tilke bildirib.

Xatırladaq ki, Bakı artıq iki dəfə «Formula-1» yürüşlərinə ev sahibliyi edib. 2018-ci ildə «Azərbaycan Qran-Prisi» aprelin 29-da keçiriləcək.


   

şərhləri göstər

DİQQƏT!

Əziz oxucular. Mövzudan kənar, müəllifin şəxsinə və təhqir sözlər olan şərhlər yolverilməzdir. Sadaladıqlarımızdan savayı bütün fikirləriniz bizim üçün dəyərlidir.

Hələlik rəy yoxdur.

Şərh əlavə etmək

* Daxil edilməsi vacibdir
(göstərilməyəcək)
 
Smile Sad Huh Laugh Mad Tongue Crying Grin Wink Scared Cool Sleep Blush Unsure Shocked
 
1000 ədəd
 
Yeni şərhlər barədə mənim email ünvanıma məlumat göndər.
 
Mənim blankımdakı məlumatları bu kompüterin yaddaşında saxla.
 
Mən şərtləri. oxuyub tanış olmuşam və qəbul edirəm *