vaxtlı-vaxtında oxuyun! Cümə, 26 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Məhəmməd Hüseyn Şəhriyar (1906 - 1988)

«Yetər İran odlarından
od ələndi başımıza,
Dur ayağa! Ya azad ol,
ya tamam yan, Azərbaycan!»

Məhəmməd Hüseyn Şəhriyar (1906 - 1988)
SAĞLAMLIQ  
17:44 | 26 oktyabr 2017 | Cümə axşamı Məqaləyə 2962 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Tualetə tez-tez getmək təhlükədən xəbər verə bilər

Qadınlarda baş verən xərçəng xəstəliyinin ən ağır növünün əlamətləri

MÖVZU İLƏ ƏLAQƏLİ

«The İndependent» qəzeti yazır ki, qadınların yalnız 1 faizi tez-tez ayaqyoluna getmək ehtiyacının yumurtalıq xərçənginin simptomlarından biri olduğunu bilir.

«Target Ovarian Cancer» xeyriyyə təşkilatının apardığı rəy sorğusu göstərib ki, bu xəstəliyin qarın ağrısı və köp kimi simptomlarına da İngiltərə qadınlarının əksəriyyəti məhəl qoymur.

Sorğuda iştirak etmiş 1000 qadından yalnız 200-ü tez-tez köpmənin simptom ola biləcəyini söyləyib.

«The Royal Marsden» xəstəxanasının ginekoloji onkologiya cərrahı Con Batlerin (John Butler) fikrincə, əsas problem bundadır ki, yumurtalıq xərçənginin çox qeyri-spesifik simptomları var.

Həkim «The Independent» qəzetinə deyib ki, bu simptomları ayda 12 dəfə hiss edən qadınlar mütləq həkimə müraciət etməlidirlər.

Buna baxmayaraq 2009-cu ildə aparılmış bir araşdırma göstərib ki, tualetə tez-tez getmək ehtiyacı duyan hər 1000 qadından yalnız iki və üçündə yumurtalıq xərçəngi aşkar edilib.

2016-cı ildə keçirilmiş Yumurtalıq Xərçəngi Maarifləndirmə Aylığında açıqlanmış rəqəmlər Birləşmiş Krallıqda hər il bu xəstəlikdən 4100 ölüm halının olduğunu göstərib.

«The Independent» yazır ki, qadınlarda döş, ağ ciyər və bağırsaq xərçəngindən sonra dördüncü ölüm səbəbi olan yumurtalıq xərçəngi halını orta hesabla hər sahə həkimi beş ildə bir dəfə aşkar edir.

Simptomların başqa xəstəliklərlə ümumi olması səbəbi ilə qadınların əksəriyyəti artıq iş-işdən keçənədək diaqnozsuz qalır.

Qadınların yalnız 4 faizi simptomlarının yumurtalıq xərçəngindən xəbər verdiyinə əmindir.

Belfastdakı Kraliça Universitetinin kliniki mühazirəçisi doktor Ceyms P. Birne (James P Beirne) deyir ki, xəstəlik bir çox hallarda ümumiyyətlə simptomsuz inkişaf edir.

O «The Independent» qəzetinə deyib ki, bəzi qadınlar onlara diaqnoz qoyulduqdan sonra hiss etdikləri simptomları yada salırlar.

Ən kədərlisi isə budur ki, ölüm hallarının artmasına baxmayaraq, bu növ xərçəngin tədqiqatlarına ayrılan vəsaitlər son beş ildə 34 faiz azalıb.

Bununla belə, həkimlər bildirirlər ki, başqa qadın xərçəngləri sahəsində böyük elmi irəliləyişlər baş verib.

İndi daha çox qadın döş xərçəngindən salamat qurtarır. Amma yumurtalıq xərçəngi üçün belə irəliləyşə nail olmaq mümkün olmayıb.