vaxtlı-vaxtında oxuyun! Cümə, 26 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Mirzə Fətəli Axundzadə (1812 - 1878)

«Əsil əxlaqlı, xeyirxah adam bütün hərəkət və davranışlarını vətənpərvərliklə uyğunlaşdırar»

Mirzə Fətəli Axundzadə (1812 - 1878)
ELM-TEXNİKA  
01:46 | 20 iyun 2014 | Cümə Məqaləyə 3013 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Telefonlar üçün yenilik

İnsan bədəni mobillər üçün cərəyan yaradacaq

MÖVZU İLƏ ƏLAQƏLİ

ABŞ-ın Fayettevl Əyalət Universitetinin müəllimi yeni kəşfi ilə hamını şoka salıb. Professor, insan bədəninin, batareya olaraq, istifadə edilə biləcəyini söyləyib.


Türkiyə mətbuatı xəbər verir ki, İzmir Universitetinin Mühəndislik fakültəsində çalışan Daryuş adlı professor tələbələrə mühazirə deyərkən, yeni kəşf barədə danışıb. Müəllim istiliyin tətbiqi vasitəsi ilə insan bədəninin, batareya olaraq istifadə ediləcəyini söyləyib və qeyd edib ki, iki səth arasındakı istilik fərqi 1 monometr qalınlığında silikon və qızıl lövhələr vasitəsi ilə xüsusi əməliyyatlara tabe edilərək, sonsuz enerji qaynağına çevrilə bilər.

Beləliklə telefonların arxasına yerləşdiriləcək kiçik lövhələrin köməyi ilə cib telefonu əlin istiliyindən cərəyan yığacaq. Bu isə öz növbəsində gözləmədiyimiz anda telefonun sönməsi kimi problemləri birdəfəlik həll edəcək.