vaxtlı-vaxtında oxuyun! Çərşənbə axşamı, 30 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Əli bəy Hüseynzadə (1864 - 1940)

«Hürriyyət!.. O nə qüvvədir ki, zehinləri, fikirləri, xəyalları, bəşərin bütün ruh və mənəviyyatını sövq edir!»

Əli bəy Hüseynzadə (1864 - 1940)
SOSİAL  
21:29 | 1 iyul 2014 | Çərşənbə axşamı Məqaləyə 3241 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Qatarlarda qiymətlər enir

«Qərar sentyabrın 15-də qüvvəyə minəcək»

MÖVZU İLƏ ƏLAQƏLİ

«Şimal istiqamətdə hərəkət edən sərnişin qatarlarında gediş haqqı tarifləri aşağı salınacaq. Qiymət dəyişikliyi sentyabrın 15-dən etibarən qüvvədə olacaq».


Vaxt.az xəbər verir ki, bunu APA TV-yə «Azərbaycan Dəmir Yolları» Qapalı Səhmdar Cəmiyyəti Mətbuat Katibliyinin rəisi Nadir Əzməmmədov bildirib.

Onun sözlərinə görə, bu ilin fevral ayından «Rusiya Dəmir Yolları» ASC öz ərazisində beynəlxalq istiqamətdə hərəkət edən sərnişin qatarlarında gediş haqqı tariflərini 25-30 faiz qaldırıb. Bununla əlaqədar olaraq «Rusiya Dəmir Yolları» ASC tərəfindən öz ərazisində sərnişin qatarlarında gediş tariflərini aşağı salınması məqsədilə «Azərbaycan Dəmir Yolları» Qapalı Səhmdar Cəmiyyəti rəhbərliyi 9 iyun 2014-cü ildə müvafiq müraciət edib və ikitərəfli görüş keçirib. Nəticədə «Rusiya Dəmir Yolları» ASC Azərbaycan tərəfinin şimal istiqamətdə hərəkət edən sərnişin qatarlarının kupe və SV vaqonlarında gediş haqlarının baza dəyərinin əmsalının indeksasiya edilməsi təklifini bəyənib. Bundan sonra qərara alınıb ki, 15 sentyabr 2014-cü ildən Şimal istiqamətdə hərəkət edən sərnişin qatarlarında gediş haqqı tariflərinə dəyişiklik edilərək aşağı salınsın.