
Kanada geri çəkildi
ABŞ-ın texnologiya şirkətlərinə vergi qaldırıldı
ABŞ-ın texnologiya şirkətlərinə vergi qaldırıldı
Alimlər həyatın necə başladığına dair yeni ipucu tapıblar
“Əmək qabiliyyətli kanadalıların 58 faizi ali təhsillidir”
Qütbləşmə, bahalıq və stress insanları bezidirib
Yerli əhali üçün evakuasiya əmrləri
Kral III Çarlz Donald Trampın Kanadanı ilhaq etmək hədəsinə sərt cavab verdi
Kanadadan vətəndaşlarına Fransa xəbərdarlığı: “Getməyin!”
“Yaxınlaşmaq, toxunmaq və qidalandırmaq olmaz”
Kanadada tariflərdən təsirlənən müəssisələrə dəstək
Kanada baş nazirinin vəzifəyə gəldikdən sonra uzun müddət ABŞ prezidenti ilə əlaqə saxlamaması qeyri-adi haldır
Kanadanın Baş Naziri: “Biz Trampla görüşməyə hazırıq, ...”
Kanada ABŞ tətilini boykot edir; Trampın şərhləri ən böyük turist mənbəyini qurudur
Kanadanın Baş naziri Karni erkən seçkilərin keçirilməsinə çağırır
Qitədə yerləşməyən Kanada Avropa Birliyinə can atır
ABŞ-ın müdafiə asılılığını azaltmaq üçün ...
Kanada ABŞ-ın “F-35” layihəsindən çıxa bilər
Kanadanın baş naziri Castin Tryudo bu ölkənin təyyarə və qatarlar, digər nəqliyyat avadanlıqları istehsal edən qlobal «Bombardier» şirkətinin İsveç nümayəndəliyinin əməkdaşının Azərbaycan vəzifəliləri ilə korrupsiya sövdələşməsinə görə həbs edilməsinə şərh verib.
Virtualaz.org xəbər verir ki, baş nazir Kanada şirkətlərinin işlədikləri xarici ölkələrdə «qanunlara və etik standartlara əməl etməli olduğunu» bildirib.
Xəbər verildiyi kimi «Bombardier» şirkətinin İsveç törəmə şirkətinin əməkdaşı, Rusiya vətəndaşı Yevgeni Pavlov «Azərbaycan Dəmir Yolları» QSC ilə bağlanan müqavilədən cəmi 80 milyon dollar «otkat» alınması işi üzrə ötən gün Stokholmda həbs edilib. Həmin «otkat»ın 56 milyon dolları Londonda qeydiyyatdan keçmiş «Multiserv Overseas» şirkəti üzərindən Azərbaycan məmurlarına ötürülüb. Həmin müqavilə Azərbaycan dəmir yollarının Bakı-Böyük Kəsik hissəsinin siqnalizasiya avadanlıqları ilə təchiz edilməsini nəzərdə tuturdu və 2013-cü ildə bağlanmışdı. O dövrdə «Azərbaycan Dəmir Yolları» QSC Nəqliyyat Nazirliyinin tərkibində idi.
«Assosiated Press» bildirir ki, baş nazir Tryudo ABŞ-ın Hyuston şəhərində keçirilən ümumdünya neft konfransı zamanı jurnalistlərin bu qalmaqal barədə sorğusunu cavablandırıb. «Kanada hökuməti gözləyir ki, Kanada şirkətləri və kanadalılar xaricdə işləyərkən ən yüksək etik və hüquqi standartlara əməl edəcəklər», - baş nazir bildirib.
Castin Tryudo deyib ki, İsveçdəki qalmaqal Kanada hökumətinin «Bombardier» şirkətinə 372 milyon dollar kreditin ayrılmasına dair ötən ay irəli sürdüyü təklifə təsir etməyəcək. Çünki bunlar bir-birindən tamamilə ayrı məsələlərdir.