vaxtlı-vaxtında oxuyun! Cümə, 26 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Dünya ümumiyyətlə quruculuqla, tikib-yaratmaqla yaşayıb, inkişaf edib»

Heydər Əliyev (1923 - 2003)
AVROPA  
21:42 | 14 iyul 2014 | Bazar ertəsi Məqaləyə 2306 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«Daha çox immiqrasiya daha az işsizlikdir»

«Onlar istənilən şəraitə uyğunlaşa bilirlər»

MÖVZU İLƏ ƏLAQƏLİ

İyulun 11-də Avropa Komissiyası nümayəndələrinin verdikləri bəyanata əsasən, Avropaya olan immiqrasiya azalarsa, bu özünü həm ölkələrin rifahı sistemində, həm demoqrafik çəkidə, həm də bilik və bacarıqların köhnəlməsində göstərəcək. Məlumatı «Euractiv» xəbər portal yayıb.

Avropa Komissiyasının Daxili İşlər üzrə Komissarı Sesilia Malmström Florensiyada Miqrasiya Siyasəti Mərkəzində «İmmiqrasiya haqda bildiklərimiz həqiqətdirmi? 8 streotipin araşdırılması» mövzusunda hesabat xarakterli təqdimatla çıxış etmişdir. Təqdimat zamanı o, «bizim immiqrantlara ehtiyacımız yoxdur», «onlar bizim iş yerlərimiz əlimizdən alır» və ya «immiqrantlar bizim təqdim etdiyimiz imkanlardan istifadə etmək üçün fırıldaqçılıq edirlər» kimi ifadələrin yanlışlığından söz açıb.

Hesabata əsasən, az bacarıqlı immiqrantlara Avropa əmək bazarında yer var və olacaqdır. Belə ki, bu yolla yerlilərin daha yüksək vəzifələrdə olmasına şərait yaranacaq və sənayedə az bacarıq tələb edən işlərdə çalışmaq üçün işçi qıtlığı yaşanmayacaq.

Miqrasiya Siyasəti Mərkəzinin direktoru Filippe Farqus öz çıxışı zamanı «Çoxalan immiqrasiya azalan işsizlik trendinə gətirib çıxarır. Bunun iki səbəbi var: immiqrantlar gəlməsinin əsas səbəbi iş yerlərinin olmasıdır və onlar istənilən şəraitə uyğunlaşa bilirlər. Əgər həqiqətən də işsizlik artsa onlar özlərinə bir çıxış yolu tapacaqlar», - deyə bildirmişdir.