vaxtlı-vaxtında oxuyun! Şənbə, 27 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Üzeyir bəy Hacıbəyov (1885 - 1948)

«Əgər asudəlik istəyirsənsə, vaxtını hədər yerə itirmə»

Üzeyir bəy Hacıbəyov (1885 - 1948)
QARABAĞ  
15:03 | 6 avqust 2014 | Çərşənbə Məqaləyə 2040 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Ermənilər iki uşağı yaraladı

İsmayılovu Ağstafada, Abbasovu Tovuzda

MÖVZU İLƏ ƏLAQƏLİ

Ermənistan silahlı qüvvələrinin atəşkəsi pozması nəticəsində Tovuz rayon sakini yaralanıb. Xəbərə görə, ermənilərin açdığı atəş rayonun Mülkülü kənd sakini, 2000-ci il təvəllüdlü İsmayılov Sərxan Əlağa oğlunun əlinə dəyib. Bundan başqa, uşaq sinəsində qəlpə yaraları da alıb. S.İsmayılov Tovuz Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.

***

 

12:35

Ermənistan silahlı qüvvələrinin atəşkəsi pozması nəticəsində Ağstafa rayonunun Köhnə Qışlaq kənd sakini yaralanıb.

Ağstafa rayon Mərkəzi Xəstəxanasından APA-ya verilən məlumata görə, bu gün səhər saatlarında rayonun Köhnə Qışlaq kənd sakini, 2004-cü il təvəllüdlü Abbasov Qoşqar Teymur oğlu boyunun qəlpə yarası diaqnozu ilə xəstəxanaya yerləşdirilib.

Dərhal ona tibbi yardım göstərilib. Uşağın vəziyyətinin kafi olduğu bildirilir. Məlumata görə, ötən gecə Ermənistan silahlı qüvvələrinin bölmələri Ağstafa rayonu istiqamətində üzbəüz mövqeləri atəşə tutublar. 10 yaşlı Qoşqar Abbasov da bu zaman qəlpə yarası alıb.

Qeyd edək ki, avqustun 3-də ermənilər Gədəbəyin Şınıx bölgəsində də 14 yaşlı Şəlalə Tağıyevanı yaralamışdı.