vaxtlı-vaxtında oxuyun! Cümə, 26 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Əbülfəz Elçibəy (1938 - 2000)

«Demokratiya bəzi xalqlara mənəvi qidadırsa, bizim üçün dərmandır»

Əbülfəz Elçibəy (1938 - 2000)
MÜƏLLİF  
09:05 | 30 avqust 2013 | Cümə Məqaləyə 3146 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«Azərbaycan əxlaqının dekonstruksiyası»

Çağımızda medianın «ağıllanması»

Niyazi MEHDİ

MÖVZU İLƏ ƏLAQƏLİ

Azərbaycanda xeyli ağıllı yazan yazarlar peyda olub. Onların belə yaza bilməsində şəxsi istedaddan başqa elmin də böyük təsiri var, hətta aralarında ali məktəbdə pis oxumuşlar olsa da. Səbəb odur ki, elmin və kültürün “radiasiyalanmaq”, “şüalanmaq” bacarığı var və onlar çevrəyə gözəgörünməz dalğalar yayırlar. Onlara qulaq asmasan da, fikir verməsən də bir də görürsən ki, nələrisə onların verdiklərində qanırsan, qandırırsan. “Bu, necə baş verir, yəni elm və mədəniyyət necə qafalara dolayısı, şüursuz-bilincsiz təsir göstərir” sorusu ayrıca araşdırılmalıdır. Hələliksə onu deyim ki, Azərbaycan publisistikasının bir çatışmazlığı var, elmdən birbaşa deyil, dolayı gələn təsirlərdən təsirlənir, etgilənir, di gəl ki, elmin ideyalarını bəlliləndirib onların işığına gerçəkliyimizi tutmur. Ona görə də Azərbaycan publisistikası üçün elm sıra-sıra düzlənmiş pərdələr arxasındadır. Bax, bu durumda mən çalışıram ki, başqa modeldən itələnim. Elmi konstruktları, quramaları götürüb dünyamıza onların proyeksiyasından baxım və bütün bunlardan dolayısı yox, düzünəqulu təsirlər alım.

Əxlaqa etikadan baxanda
İndi isə dediyimi əxlaq problemində sınayım. Azərbaycanlı danışığının və davranışının baş məzmunlarından biri əxlaqdır. Ancaq onun elə yönləri var ki, onları aydın görməliyik ki, problemlərimizi qanaq. Əxlaqla bağlı ilginc məsələ odur ki, bəzi filosofların anlatdıqları kimi əxlaqın subyekti, yəni əxlaqın daşıyıcısı, əxlaqı gerçəkləşdirən AZAD, ÖZGÜR insan ola bilər. Ona görə də o kəs ki, polisin qorxusundan oğurluq etmir, hələ əli düz adam deyil. Ancaq əgər adamın oğurluq etməyə bütün imkanları varsa və buna baxmayaraq, oğurluq etmirsə, halal adamdır, düz insandır, yəni əxlaqın subyektidir, əxlaq adamıdır. Adamı ermənilər tutub işgəncə verərək elə hala salırsa ki, İrəvan TV-si ilə Azərbaycana qarşı istənilən murdar şeyləri deyir, biz bundan sinirlənsək də boynumuza almalıyıq ki, əsgərimizi əxlaqi baxımdan suçlaya bilmərik. Çünki o həmin durumda əxlaq subyekti deyil. Bir dəfə bunu mənə bir siyasimiz demişdi ki, Əfqanıstanda mücahidlərə icazə vardı ki, əsir düşsən işgəncələri gözləmə, səndən tələb edilənləri de. Əsir düşən amerikalılar “zoya kosmodemyanskayalıq” etmirlər. Deyirlər “müsəlman ol!”, müsəlman olur, deyirlər, “Obamanı söy!”, söyür. Evə qayıdanda isə heç kim onu qınamır. Səbəb odur ki, başa düşürlər, bu adam elə halda deyildi ki, seçmək azadlığı olsun. Ona görə də davranışını əxlaqla ölçmək olmaz!
Azadlıq anlayışının açımı
Elmdə və dində insanın özgürlüyünü, azadlığını şübhə altına alan nəzəriyyələr var. Özgürlük o deməkdir ki, sənin nə etməyinin səbəbi qıraqda deyil, sənin özündədir. Yəni istədiyini edə bilirsənsə, özgürsən. Bu, azadlığın bir konsepsiyasıdır və elmdə, dində nəzəriyyələr var ki, ona qarşıdır. Əgər elm insanın necə olmasında, necə etməsində itələyici səbəbləri mühitdə, sinfi mənsubiyyətdə görürsə, deməli, onu hərəkətlərində azad saymır. Əgər azad saymırsa, necə əxlaq subyekti saya bilər?! Axı, azad seçənəyi olan kəsin hərəkəti əxlaqidir.
Həm elmdə mühitin insana təsirini qabardan nəzəriyyələrin, həm dində alın yazısı ideyalarının nəsə dərin həqiqəti var, ancaq o biri yandan bir eybi də var (ona görə də indiyənəcən insan düşüncəsinin qəzavü-qədərlə seçənək azadlığının necə bir arada olmasını yaxşı anlamağa gücü çatmayıb). Doğrudan da, hər nə edirsən, Tanrının istəyi və iradəsinə görə edirsənsə, necə əxlaqi subyekt olarsan ki, davranışlarına görə insanlar və ya Allah qarşısında cavab verəsən?!
Deyilənlərdən Azərbaycan əxlaqı üçün sonuc
Bundan bizim üçün bir ağır nəticə çıxır: yoxsul toplumlarda qəpiyin dalınca qaçan, “neynim” içində boğulan adamlar mühitin, vəziyyətin əlində oyuncağa çevrilirlər, ona görə də seçənək azadlıqları olmur ki, əxlaqi subyekt olsunlar.
Kant insanla bağlı iki səltənət məsələsini qoyurdu: insan bədəni və psixologiyasının hansısa qatları ilə təbiət içindədir, ona görə də təbiətdəki səbəb-nəticə zəncirində nələrisə etməyə zorunludur. Ruh aləmi isə azadlıq səltənətidir, orada artıq səbəb qıraqda deyil, özündədir. Kantın sözündən çıxarmaq olar ki, insan yalnız öz ruhunu cisminə qələbə çaldıranda azadlığa çıxır. İndi biz yoxsul ölkələrin siyasi rejimlərini onda suçlaya bilərik ki, insanları bahalaşma, işsizlik, az maaşlarla elə hala salırlar ki, onların ruhları cisimlərindən qovulub və beləcə, əxlaqi subyekt olmaqdan çıxıblar.

   

MÜƏLLİF

ANKET

Hökümətin ölkədə hansı sahəyə diqqətinin artırılmasını istərdiniz?

  • Elm-təhsil
  • Səhiyyə
  • Sosial Müdafiə
  • Ekologiya, təbii sərvətlər
  • Müdafiə-təhlükəsizlik
  • Mədəniyyət, incəsənət, ədəbiyyat
  • Kənd təsərrüfatı, aqrar sənaye
  • Sahibkarlıq, sənaye (zavod, fabrik)