vaxtlı-vaxtında oxuyun! Bazar, 5 may 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Seyid Cəfər Pişəvəri (1892 - 1947)

«Ancaq topların ağzından açılan atəş haqq sözüdür»

Seyid Cəfər Pişəvəri (1892 - 1947)
ANALİZ  
11:16 | 14 dekabr 2016 | Çərşənbə Məqaləyə 637 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

İŞİD-in «uğur» sirri

Məsələ döyüşmək deyil...

Orxan HUN

MÖVZU İLƏ ƏLAQƏLİ

Suriyanın Homs vilayətindəki Palmira şəhəri yenidən «İraq və Şam İslam Dövləti» (İŞİD) terror təşkilatının əlinə keçəndən sonra bu bölgədə situasiya xeyli kəskinləşib.

Milli.Az Al Arabia-ya istinadən bildirir ki, İŞİD terrorçuları Palmira şəhərində Rusiya Müdafiə Nazirliyinin bu ilin martında yaratdığı hərbi bazanı da ələ keçiriblər. Bazada on minlərlə atıcı silah, minlərlə raket, yüzlərlə ağır çaplı pulemyot, raketatar, qumbaratan, tanklar, PDM-lər və ZTR-lər, habelə zenit qurğuları qalıb.

Güllələrin, qumbaraların, minaların isə sayı bilinmir. Bütün bu cəbbəxana İŞİD-in əlinə keçib.
Rusiyalı hərbçilər bazanı elə tələsik tərk ediblər ki, yeməkxanada yeməklər masaların üstündə qalıb.

İŞİD terrorçuları hazırda Tiyasa və Əl Kəryateydəki aviabazanın ətrafındadırlar.

Suriya qoşunlarının T4 aviabazası terrorçuların mühasirəsindədir. Baza ən yaxın saatlarda İŞİD-in əlinə keçəcək.

Bundan başqa, Cəzal bölgəsindəki neft mədənləri də artıq İŞİD-in nəzarətindədir.

Suriyanın Energetika Nazirliyinin verdiyi məlumata görə, İŞİD terrorçularının son günlərdəki hücumları ilə bağlı olaraq rəsmi Dəməşq 3 milyard kubmetrlik qaz yataqlarını da itirib.

İŞİD bu gün səhər yeni əks-hücuma başlayıb və sonucda Suriya ordusunun arxa cəbhəsi sayılan bölgələr artıq döyüş meydanına çevrilib.

İŞİD terrorçularının sürətlə irəliləməsinin qarşısını alan məqam Suriya ordusunun müqaviməti yox, terrorçuların sayının çox az olmasıdır. Belə davam edərsə, İŞİD yaxın günlərdə Homs şəhərinə çatacaq.

Ümumiyyətlə isə son 4 gündə İŞİD 2400 kvadratkilometrlik ərazini ələ keçirib.

Hələbin azad edilməsinə gəldikdə isə Suriya və Rusiya rəhbərliyi sevinməyə bir qədər tələsib. Çünki bu şəhər uğrunda döyüşlənlər suriyalı hərbçilər yox, rusiyalı xüsusi təyinatlılar, İranın «Bədr» və KODS qüvvələrinin mənsubları, Livandakı «Hizbullah» hərəkatının döyüşçüləri, bir də Əfqanıstandan Suriyaya, Əsədə yardım üçün yollanmış mücahidlərdir.

Suriyada ordu yoxdur. Olan döyüş qabiliyyəti nisbətən babat olan hərbi birləşmələrdir ki, onlar da Deyr əz Zordan tutmuş İdlibədək geniş cəbhədə İŞİD-lə yanaşı, çoxsaylı terrorçu qruplaşmalara qarşı effektiv mübarizə apara bilmir.

Martda İŞİD-dən azad olunmuş Palmira şəhərinin yenidən terrorçuların əlinə keçməsi göstərir ki, Suriyada şəhəri terrorçulardan təmizləməklə iş bitmir: əsas məsələ həmin şəhəri qorumaq, müdafiəsini  təşkil etməkdir.

Palmirada 5 min suriyalı hərbçi vardı. Lakin rusiyalılar və əfqanlar şəhəri tərk edən kimi suriyalı hərbçilər mövqelərini qoyub qaçdılar.

İŞİD də faktiki olaraq boş şəhərə girdi. Palmira ətrafında 16 blok-post vardı və 2 min döyüşçü həmin blok-postlarda idi. İŞİD əvvəl 7, sonra 9 blok-postu «şəhid mobil»lərlə, yəni canlı bombaların idarə etdikləri maşınlarla partladandan sonra şəhərdən qaçış başlanmışdı.

Bəhs olunan situasiya Suriyada şəhərlərin müdafiəsini səciyyələndirən məqam, İŞİD-in «uğur»ları sayıla bilər.
Terrorçuların irəliləyişlərinin səbəbi onların müstəsna döyüş qabiliyyəti yox, Suriya ordusunun yarıtmaz döyüş qabiliyyətidir.

Bundan savayı, bir çox terrorçu qruplaşmalar da artıq İŞİD-ə qatılmağa başlayıblar. Suriyada İŞİD-in ən ciddi rəqibi sayılan «Cəbhət ən Nüsra»nın adını dəyişərək «Cəbhət əl Şam» olmasından və siyasi taktikası ilə strateji konfiqurasiyasını dəyişməsindən sonra İŞİD «illərdən bəri mövqeyini dəyişməyən təşkilat» kimi çoxsaylı terror qruplaşmalarının mənsubları arasında «rəğbət obyekti»nə dönüb.

Məhz bu səbəbdən də hətta «Cəbhət ən Nüsra»nın üzvləri arasında İŞİD-ə kütləvi axın başlanıb.
Yaşananlar Suriyadakı vəziyyətin daha da ağırlaşdığını göstərir.