vaxtlı-vaxtında oxuyun! Çərşənbə axşamı, 19 mart 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Üzeyir bəy Hacıbəyov (1885 - 1948)

«Əgər asudəlik istəyirsənsə, vaxtını hədər yerə itirmə»

Üzeyir bəy Hacıbəyov (1885 - 1948)
BÖHRAN  
14:10 | 28 oktyabr 2019 | Bazar ertəsi Məqaləyə 2822 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

“O, it kimi öldü”

Bin Ladendən sonra dünyanın yaşadığı ikinci tarixi an

Cek DETŞ (“Əl-Monitor”)

MÖVZU İLƏ ƏLAQƏLİ

Oktyabrın 26-da Suriyanın şimal-qərbində hücum zamanı elit ABŞ qoşunları onu küncə sıxışdırdıqdan sonra İŞİD lideri Əbubəkr əl-Bağdadi intihar edib. Ağ Evin bu elanından əvvəl ABŞ-ın yüksək səviyyəli bir rəsmisi silahlı qrup rəhbərinin İdlibdə gizlənməsinə dair məlumat verib.

“Xilafət”i çökdürmək üçün Amerika qüvvələrinin İraqda yerləşdirməsindən 5 il sonra, İraq Kürdüstanındakı Ərbildən başlayan xüsusi əməliyyatın sonunda Bağdadi özünü partladıb.

Xəbəri təsdiqləyən bir səlahiyyətli əməliyyatda Pentaqonun “Delta” Qüvvələrindən istifadəsini deyib.

Vitse-prezident Mayk Pens və Baş Qərargah Rəhbərlərinin şefi general Mark Milli Ağ Evdə Trampla birlikdə izlədikləri canlı bağlantı zamanı Bağdadinin tuneldə üç uşağı ilə “ağlaya-ağlaya” öldüyünü söyləyiblər.

Partlayış nəticəsində Bağdadinin cəsədi məhv edilib, Tramp DNT və biometrik test nəticələrinin müsbət nəticə verdiyini deyib. “Bu o idi. O, it kimi öldü”.

Prezident Bazar günü səhər Ağ Evdə açıqlayıb: “O qorxaq kimi öldü”.

ABŞ qüvvələrinin itkisi olmayıb. Müdafiə naziri Mark Esper ABC-yə verdiyi açıqlamada 100 nəfərlik xüsusi əməliyyat qüvvəsinin “CH-47 Chinook” helikopterləri ilə əməliyyata başladığını deyib.

Əvvəlcə “Newsweek” tərəfindən haqqında məlumat verilən həmlənin sirri Bazar günü səhər saatlarında faş olub. “Suriya Demokratik Qüvvələri”nin (SDQ) komandiri Məzlum Kobane ABŞ-ın kürd dəstələri ilə birgə beş aylıq kəşfiyyat əməkdaşlığının nəticə verdiyini və Bağdadinin öldürüldüyünü “Tvitter”də açıqlayıb.

Oktyabrın 9-da Suriyanın şimalında təcavüzə başlayan Türkiyə əməliyyata dəstək verməyib, ancaq əməliyyat Türkiyə sərhədinə yaxın ərazidə keçirildiyindən ABŞ-ın həmləsi barədə məlumatlı olub. Rusiya və Bəşər Əsəd rejimi Suriyadakı son müxalifət dayaqlarından biri olan vilayətin geri alınması üçün hücumu dayandırıb və İdlibdə atəşkəs əldə edilib.

ABŞ rəsmisinin sözlərinə görə, Suriyanın şimal-qərbində həmlə üçün Rusiya hava məkanını açıb, ancaq Pentaqon əməliyyatın səbəbini Moskvaya izah etməyib. İran rəsmiləri də “Reuters”ə bildiriblər ki, basqın barədə məlumatlı olublar.

Birləşmiş Ştatlar bu il Bağdadinin gizləndiyi yerin yaxınlığında, İdlibdəki “əl-Qaidə” bazası Hurrasəddini bir neçə dəfə hədəf alıb. Eyni kəşfiyyat səyləri İŞİD liderini ölümü ilə bitən basqının baş verməsinə kömək edib.

ABŞ-ın bu həftə sonu Suriyanın şərqinə yenidən qoşun yeritməyə başlaması ilə əlaqədar olaraq Trampın Amerikan əsgərlərinin çoxunun ölkədən çıxarılması qərarını ləğv etdiyi ortaya çıxıb. Tramp Şənbə gecəsi basqın xəbərini “Çox böyük bir şey oldu!” – cümləsi ilə açıqlayıb, ancaq başqa heç bir məlumat verməyib.

İŞİD liderinin ölümündən bir neçə saat əvvəl ABŞ qoşunları Suriyadakı neftlə zəngin Deyr əz-Zur bölgəsində SDQ-nin mövqelərini möhkəmləndirməyə başlayıblar. Pentaqon bildirib ki, hərbi qüvvələrin yerləşdirilməsinin “təfərrüatları və müddətlərini müzakirə etməyəcək”.

Bazar günü Ağ Evdə danışan Tramp Amerika əsgərlərinin qalıq birliyinin müharibə şəraitində olan ölkənin neft yataqlarını qorumaq üçün qalacağını etiraf edib. “Çıxdıq. Ancaq biz nefti təmin etmək üçün əsgər saxlayırıq”.