vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 21 noyabr 2019
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.928 AZN
1 Rusiya rublu 1 RUB = 0.0258 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 2.2014 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.3228 AZN
Məhəmməd Hüseyn Şəhriyar (1906 - 1988)

«Şair xalqın səsi, əsrin səsidir,
Vətənin ağsaçlı sərkərdəsidir,
Hökmüylə ordular ayağa qalxır,
Şerinin selində daşlar da axır»

Məhəmməd Hüseyn Şəhriyar (1906 - 1988)
REGİON  
14:56 | 24 fevral 2019 | Bazar Məqaləyə 337 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Əfqanıstan üzərindən “üçüncü oyun”

Şərqi Türküstan ABŞ-Çin savaşında yeni toqquşma mərkəzinə çevrilir

İbrahim KARAGÜL, (“Yeni Şafak”, Türkiyə)

MÖVZU İLƏ ƏLAQƏLİ

Gələn xəbər belədir: ABŞ Suriya və İraqdakı İŞİD-çiləri Çin sərhədinə yaxın yerlərə, Türküstanın şərq bölgələrinə yerləşdirməyə başlayır. Çin də Tacikistan torpaqlarında hərbi baza qurur.

ABŞ-la Çin arasında başlamaqda olan, Şərqi Türküstan, Tacikistan və Əfqanıstanı, ümumiyyətlə Türküstanın şərqini öz təsiri altına alacaq müdhiş bir hesablaşmanın ayaq səslərini duyuruq.

Bu, adi bir xəbər ola  bilər. Sadəcə təhlükəsizlik sahəsinə maraq göstərənlərin diqqətini çəkəcək bir xəbər ola bilər. ABŞ təbliğatı ola bilər. Çin təbliğatı ola bilər. İŞİD vasitəsilə bölgədə narahatlıq yaratmaq hesabları ola bilər. Bir çox şey ola bilər. Ancaq bu xəbər qətiyyətlə bu qədər deyildir. Zehinlərimizi, gözlərimizi açmalı, kiçik kimi görünən bu hadisələrin hara qədər gedəcəyini indidən proqnozlaşdıra bilməliyik.

 

“Üçüncü Böyük Oyun” ABŞ-la Çin arasında Türküstanda başlayır

 

Rusiya ilə İngiltərə arasında Əfqanıstan üzərindən baş verən və tarixə “Böyük Oyun” olaraq keçən rəqabətdən sonra ABŞ-la Rusiya (SSRİ) arasında yenə Əfqanıstan üzərindən çox böyük bir hesablaşma yaşandı.

1979-cu ildə başlayan Əfqanıstanın işğal edilməsi və ardınca gələn müqavimət hərəkatı, bir müsəlman ölkəsi üzərindən aparılan hesablaşma Sovet İttifaqının çökməsi ilə nəticələndi. Bu, “İkinci Böyük Oyun” idi.

İndi isə ABŞ-la Çin arasında “Üçüncü Böyük Oyun” dövrü başlayır. Və bu hesablaşma Əfqanıstan, Tacikistan, Şərqi Türküstan üzərindən aparılacaq. Daha doğrusu, Türküstanın şərqi ABŞ və Çin kimi iki böyük gücün hegemoniya uğrunda mübarizəsinə səhnə olacaq.

 

Türkiyə harada duracaq?

 

Əgər elədirsə, biz harada duracağıq? Necə siyasət aparacağıq?

ABŞ-Çin rəqabətinin detallarına girməyəcəm. Bu, başqa bir yazının və ya yazıların mövzusudur. Məni Türküstanın şərqində nələrin olacağı maraqlandırır. Və biz – bu coğrafiyanın insanları, müsəlman dünyası, türk dünyası olaraq, hadisələrin bu istiqamətdə inkişafına necə baxacağıq? Necə reaksiya verəcəyik? ABŞ-ın tərəfindəmi duracağıq, Çinin öncəliklərinə görəmi mövqe tutacağıq, yoxsa öz duruşumuzu, baxışımızı, öncəliklərimizi müəyyən edərək, ona əsasən hərəkət edəcəyik? Bizi bu maraqlandırır.

Bu müharibələrin heç biri bizim müharibəmiz deyildi. Zəif tərəflərimizdən istifadə etdilər.

Afrikanın dərinliklərindən Orta Şərqin hər bir yerinə, Əfqanıstanın işğalından Liviyaya, ərəb dünyasındakı daxili toqquşmalardan məzhəb böhranlarına, Türkiyəyə yönəlik çevriliş və çoxmillətli hücum təşəbbüslərindən Suriyanınn şimalındakı terror dəhlizinə, ərəb-fars mübarizəsindən hazırda yeni başlayan ərəb dünyasını Türkiyəyə qarşı təhriketmə təşəbbüslərinədək tanış olduğumuz böhranların heç biri bizim böhranlarımız deyildi. Bəli, bizim zəif yerlərimiz, yanlışlarımız, qəzəbimiz, artıqlaması ilə problemlərimiz vardı.

Lakin bu toqquşmalar, işğallar, terror əməliyyatları, qətllər, təhqiretmələr, coğrafiyanın talan edilib məhv edilməsi bizim savaşımız deyildi. Qlobal miqyaslı güc mübarizəsinin tərəfləri bizim zəif yerlərimizi nəzərə alaraq işğallar, təhlükəsizlik strategiyaları müəyyən etdilər və apardıqları savaşları daima bizim zəif yerlərimizdən istifadə edərək bazarladılar.

Əfqanıstan, İraq və Liviyanın işğalına, Suriya və Yəmən müharibəsinə, son 30 ildə ağlınıza gələn hər bir böhrana baxın. Heç biri bizim savaşımız deyildi. Sadəcə bizim torpaqlarımısda, sadəcə bizim qanımızla, sadəcə bizi güllə kimi istifadə edərək apardıqları savaşlar idi.

 

Qərbin və ya Şərqin silahı olmaqdan necə qurtulacağıq?

 

Müsəlman dünyası Qərbin və Şərqin əsgəri, gülləsi olmaqdan qurtarılmalıdır. Ən böyük məsələmiz budur. Müsəlman dünyası başqalarının savaşını öz savaşı zənn etməkdən qurtarılmalıdır. Müsəlman dünyası onların bu savaşlarını daxildə bazarlayanlardan qurtarılmalıdır.

Qərb, Atlantik oxu (ABŞ-Qərbi Avropa – red.) müsəlman dünyasına yönəlik bütün savaşlarında müsəlmanlardan istifadə edib. İslama həm özü hücum edib, həm də onu öz daxilində toqquşdurub. Qərb başqa düşmənlərilə hesablaşarkən də müsəlmanlardan bir silah olaraq istifadə etməyi bacarıb. XXI əsrin ən dəhşətli durumu budur. Bu həqiqəti heç kim, heç bir bəhanə ilə rədd edə bilməz.

Öz siyasətini müəyyən edə bilməyən tərəfdar olar. İngilis mandatçılarına (Millətlər Cəmiyyətindən mandat alan İngiltərə nəzərdə tutulur – tərc.) tərəfdar olandan bu günədək bu belədir.

ABŞ, İngiltərə, Fransa və ya Qərb ölkələri ilə bərabər, indi Çin də eyni yolu izləməkdədir. O da müsəlman qəzəbindən istifadə etməkdə, yaxın münasibət qurduğu müsəlman ölkələrinin Qərbə qarşı mövqe tutmasına çalışmaqdadır.

“Üçüncü Böyük Oyun” əsasən Türküstan coğrafiyasında qurularkən bizlər nə edəcəyik? Necə bir mövqe müəyyən edəcəyik? ABŞ-a və ya Çinə haqq qazandırmaqdan başqa, hər hansı bir siyasətimiz olacaqmı?

Son dövrdə Şərqi Türküstanla bağlı aparılan diskussiyaların gedişi bizim Çin zülmləri ilə ABŞ-ın bu zülmləri istifadə etməsi arasında sıxışıb qaldığımızı göstərir.

Tərəfdar olmaq asandır. Çünki hər bir tərəfdarlığa əsas gətirmək asandır. İngilis-alman mandatçılığı ilə bağlı gedən diskussiyalardan bəri bu tərəfdarlıqdan o tərəfə keçməkdə çətinlik çəkirik. Çətin yolu seçərək gələcəyi işıqlandıra bilmirik.

“Ya Qərbin, ya da Şərqin himayəsi altına girin” deyirlər. Buna boyun əyməyəcəyik.

 

“Üçüncü Böyük Oyun”da nə olacaq?

 

Nə olacağını söyləyim: iki tərəfin toqquşmasında da müsəlmanlar ən ön sırada yer alacaq. ABŞ və Çin üçün öləcəklər. Öz torpaqlarında, öz savaşları üçün döyüşdüklərini sanacaqlar. İslamla müharibə aparan Qərbin müsəlmanları əsgər olaraq necə istifadə etdiyini bir daha görəcəyik. Çinin ABŞ-la imperialist hesablaşmasını müsəlman torpaqları və qanı üzərindən yürüdəcəyini görəcəyik.

Nə üçün bir “coğrafiya ağılı” işlədə bilmirik? Bizə “ya Qərb, ya Şərq, birinin himayəsinə girin” deyirlər. Bəzilərimiz Qərbin, bəzilərimizsə Şərqin – hər kəs haqlı hesab etdiyi bir ölkənin kölgəsinə sığınır. Bizə mandatçılıqdan başqa heç bir şey təklif etmirlər. Bizə coğrafiyamız, bu coğrafiyada yaşayanlar üçün bir gələcək perspektivi işləyib  hazırlamağı qadağan edirlər. Biz də boyun əyərək birini seçirik. Sonra da olduğumuz bu qeyri-legitim zəminə haqlılıq qazandırmaq üçün çapalayıb dururuq.

Bunu yalnız Türkiyə edir, o da dörd bir tərəfdən hücuma məruz qalır. Yalnız Türkiyə bəzi şeylərə meydan oxumağa, bir tarixi duruş müəyyən etməyə, bir “coğrafiya idrakı” formalaşdırmağa, bir azadlıq ritorikası inşa etməyə çalışır. Bu üzdən də, dörd bir tərəfdən hücuma məruz qalır. Bu hücumları belə daxili siyasi əsaslandırma kimi istifadə etməkdən utanmırıq.

Öncəki yazılarımın birində “İslamı, müsəlmanları bütün mədəniyyətlərlə toqquşdurmağa çalışırlar. Yer üzünün, bütün mədəniyyətlərin ortaq problemi halına gətirməyə çalışırlar. Qərb İslamla müharibəsinə buddist və hindu mədəniyyətlərini də qatmağa çalışır. İslamı Şərqdən də mühasirəyə alırlar” deyərək, bir diskussiya açdım. Baxdım ki, kimsə dünyaya belə baxmır.

Əgər biz öz siyasətimizi işləyib hazırlaya, buna əsasən bir güc inşa etməyə başlaya bilməsək, coğrafiyamızın bütün bucaqları XXI əsr boyunca talan ediləcək. Deyirəm ki, Türküstanın şərqinə bir az da bu gözlə baxaq.


   

şərhləri göstər

DİQQƏT!

Əziz oxucular. Mövzudan kənar, müəllifin şəxsinə və təhqir sözlər olan şərhlər yolverilməzdir. Sadaladıqlarımızdan savayı bütün fikirləriniz bizim üçün dəyərlidir.

Hələlik rəy yoxdur.

Şərh əlavə etmək

* Daxil edilməsi vacibdir
(göstərilməyəcək)
 
Smile Sad Huh Laugh Mad Tongue Crying Grin Wink Scared Cool Sleep Blush Unsure Shocked
 
1000 ədəd
 
Yeni şərhlər barədə mənim email ünvanıma məlumat göndər.
 
Mənim blankımdakı məlumatları bu kompüterin yaddaşında saxla.
 
Mən şərtləri. oxuyub tanış olmuşam və qəbul edirəm *