vaxtlı-vaxtında oxuyun! Çərşənbə, 8 may 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Məhəmməd Əmin Rəsulzadə (1884 - 1955)

«Bir kərə yüksələn bayraq bir daha enməz!»

Məhəmməd Əmin Rəsulzadə (1884 - 1955)
GÜNEY  
14:33 | 5 yanvar 2017 | Cümə axşamı Məqaləyə 827 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Mehdi Kuxiyanın yeri bilindi

Güneyli fəal Təbriz «Sepah» Şöbəsinin Təhlükəsizlik Bölümünə intiqal edilib

MÖVZU İLƏ ƏLAQƏLİ

Bir neçə gündür harada saxlandığı məlum olmayan azərbaycanlı milli-mədəni fəal Mehdi Kuxiyan, Təbriz «Sepah» Şöbəsinin Təhlükəsizlik Bölümünə intiqal edilib. Fəalın dostlarının verdiyi məlumata görə, o quru aclıq aksiyasını davam etdirir.

Bu barədə yayılan informasiyaya görə, fəalın Marağa zindanından Təbriz «Sepah» Şöbəsinin Təhlükəsizlik Bölümünə intiqal edilməsi, Məlikanın millət vəkili Salman Xudadadinin tələbi və Məlikan prokuroru Peyman Məhəmmədpurun göstərişi ilə baş verib.

Azərbacanlı fəal Marağa zindanına aparıldığı gün ailəsi ilə əlaqə saxlayaraq ona qarşı əsas şikayətçilərdən biri kimi, Salman Xudadadinin adını çəkib, lakin millət vəkili bu şikayətdən xəbərsiz olduğunu elan edib.

ETTELAAT (İran Kəşfiyyat Nazirliyi) əməkdaşları 2016-cı il dekabrın 28-də azərbaycanlı fəalı Marağa zindandan çıxarıb naməlum istiqamətə apardıqları üçün, son günlərdə fəalın harada saxlandığı məlum deyildi.

Qeyd edək ki, M.Kuxiyan dekabrın 19-u səhər saatlarında Məlikanda təhlükəsizlik qüvvələri tərəfindən saxlanılıb. Fəal idarə etdiyi Teleqram kanalı ilə bağlı Məlikan Təmin Şurası və bu şəhərin millət vəkili və Bələdiyyə başqanının şikayəti əsasında həbs olunub.

M.Kuxiyan «Məlikan şəhər xəbəri» Telegram kanalının vasitəsi ilə Məlikan şəhərinin rəsmi orqanlarında olan rüşvətxorluq, Bələdiyyə İdarəsi və Şəhər Şurasında saxta və gizli keçirilən tender (münaqisə) əməliyyatları və qanunsuz işəgötürmə faktları ilə bağlı məlumat yayıb. Bundan sonra təhlükəsizlik qüvvələrinin azərbaycanlı fəala qarşı təzyiqləri artıb.