vaxtlı-vaxtında oxuyun! Şənbə, 27 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Məhəmməd Hüseyn Şəhriyar (1906 - 1988)

«Şair xalqın səsi, əsrin səsidir,
Vətənin ağsaçlı sərkərdəsidir,
Hökmüylə ordular ayağa qalxır,
Şerinin selində daşlar da axır»

Məhəmməd Hüseyn Şəhriyar (1906 - 1988)
GÜNEY  
22:36 | 11 iyul 2017 | Çərşənbə axşamı Məqaləyə 2557 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Sabah Siyamək Mirzayinin apellyasiya məhkəməsidir

Fars-molla rejimi güneyli fəaldan fantastik məbləğdə girov istəyir

MÖVZU İLƏ ƏLAQƏLİ

İranda Azərbaycan türklərinin milli haqları uğrunda apardığı dinc mübarizəsinə görə 1 ilə yaxındır Tehranın Evin zindanının 8-ci korpusunda saxlanılan tanınış fəal Siyamək Mirzayinin Apellyasiya Məhkəməsinin vaxtı təyin edilib.

Bu barədə Tehran Apellyasiya Məhkəməsindən azərbaycanlı fəalın vəkili Məhəmmədrza Fəqihiyə məlumat verilib.

Güney Azərbaycan mənbələrinin vəkil Məhəmmədrza Fəqihiyə istinadən yaydığı məlumata görə, Siyamək Mirzayinin Apellyasiya Məhkəməsinin keçirilməsi iyulun 12-nə nəzərdə tutulub. Bildirilir ki, bu həftənin çərşənbə günündə keçiriləcək məhkəmə iclasında Siyamək Mirzayinin işinə (dosyesinə) yenidən baxılacaq, onun müvəqqəti azadlığa buraxılması qarşılığında təyin edilən mülki vəsiqə girovu məbləğinin azaldılması məsələsi araşdırılacaq.

«ETTELAAT» əməkdaşları, 36 yaşlı Siyamək Mirzayini, 2016-cı il, iyulun 14-ü axşam saatlarında Ərdəbilə yaxın Parsabad şəhərində şəxsi ərzaq mağazasında tutublar. O, əvvəlcə ETTELAAT-ın yerli idarəsinə aparılsa da, sonradan Tehranın Evin zindanına köçürülüb. Tehran məhkəməsi, Siyamək Mirzayini ölkənin milli təhlükəsizliyinə qarşı çıxmaqda və  qanunsuz qurum yaratmaqda günahlandırılaraq onu 10 il həbsə və 2 il Cənubi Xorasan əyalətinin Təbəs şəhərinə sürgünə məhkum edib.

Xatırladaq ki, fəal, qanunsuz həbsinə, zindanda qeyri-müəyyən vəziyyətdə saxlanılmasına, Apellyasiya Məhkəməsinin ləngidilməsinə, dosyesinin təkmilləşdirilməsinə mane olan təhlükəsizlik qüvvələrinin işinə müdaxiləsinə və müvəqqəti azadlığa buraxılması qarşılığında təyin edilən mülki vəsiqə girovu məbləğinin ağırlığına etiraz olaraq iyunun 17-dən aclığa başlasa da, iyulun 4-də tələbləri yerinə yetirildikdən sonra aclığı dayandırıb.