vaxtlı-vaxtında oxuyun! Çərşənbə, 8 may 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Hüseyn Cavid (1882 - 1941)

«İdealsız nicat ümidi-məhal...
«İttihad!» İştə ən böyük ideal!
Səni qurtarsa, qurtarır birlik,
Çünki birlikdədir fəqət dirlik!»

Hüseyn Cavid (1882 - 1941)
DİGƏR NÖVLƏR  
10:31 | 3 mart 2017 | Cümə Məqaləyə 1265 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«Bakı çox qonaqpərvər və mehriban şəhərdir»

IV İslam Həmrəyliyi Oyunlarına Qazaxıstandan 43 idmançı gələcək

MÖVZU İLƏ ƏLAQƏLİ

Bakıda keçiriləcək IV İslam Həmrəyliyi Oyunlarında Qazaxıstanın nümayəndə heyətinin tərkibinə 65 nəfər, o cümlədən 7 idman növündə - boks, sərbəst güləş, qadın güləşi, yunan-Roma güləşi, cüdo, taekvondo, voleybol (qadınlar) 43 idmançı daxil olacaq.

Bu barədə «Report»a Qazaxıstan Milli Olimpiya Komitəsindən məlumat veriblər.

MOK-dan bildiriblər ki, onlar boks, cüdo, qadın güləşi kimi idman növlərində müxtəlif əyarlı medallar gözləyirlər.

Qazaxıstan komandasında medal qazanmağa ən şanslı idmançılar qismində Alimxanuli Janibek (boks), Jusupov Abılayxan (boks), İbrayev Rüstəm (cüdo), Qasımov Ayalum (qadın güləşi, 58 kq), Sedneva Marina (qadın güləşi, 81 kq) və başqaları göstərilir.

Qazaxıstan MOK-dan IV İslam Həmrəyliyi Oyunlarının müsəlman ölkələri arasında dostluq münasibətlərini daha da inkişaf etdirməyə imkan verəcəyi vurğulanıb.

«Bakı çox qonaqpərvər və mehriban şəhərdir. 16 sentyabr 1996-cı il tarixində Bakıda Qazaxıstan və Azərbaycan hökumətləri arasında gənclər və idman sahəsində əməkdaşlıq haqqında saziş imzalanıb. Bu sazişə uyğun olaraq, Qazaxıstan idmançıları Azərbaycan Respublikasının ərazisində keçirilən bütün yarışlarda və mədəni tədbirlərdə iştirak edirlər. Eləcə də Azərbaycan nümayəndələri Qazaxıstanda keçirilən bütün tədbirlərə qatılırlar. Azərbaycan və Qazaxıstan arasında həmçinin vizasız rejim mövcuddur», - Qazaxıstan MOK-dan bildiriblər.

Qeyd edək ki, IV İslam Həmrəyliyi Oyunları 12-22 may tarixlərində Bakıda keçiriləcək.