vaxtlı-vaxtında oxuyun! Bazar, 28 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Azadlıq və istiqlaliyyət hər bir xalqın milli sərvətidir»

Heydər Əliyev (1923 - 2003)
GÜNDƏM  
12:28 | 15 mart 2017 | Çərşənbə Məqaləyə 2240 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«Biz atmağa başlasaq onların meyitlərini tapacaqlar...»

Keçmiş «müdafiə naziri»i hakimiyyəti hədələdi

MÖVZU İLƏ ƏLAQƏLİ

Qondarma «dqr»in keçmiş «müdafiə naziri» Samvel Babayan iki gün əvvəl Ermənistanın Armavir rayonunun Crarat kəndində hakimiyyətin adamları ilə müxalif «üç O...» blokunun («Ovanisyan-Raffi-Oskanyan») tərəfdarları arasında baş vermiş atışmaya sərt reaksiya verib. Babayan hazırda keçmiş müdafiə naziri Seyran Ohanyanın başçılıq etdiyi bu blokun fəaliyyətini koordinasiya edir.

Virtualaz.org xəbər verir ki, o, «Haykakan Jamanax» qəzetinə açıqlamasında hakimiyyəti hədələyib.

«Hakimiyyətə məsləhət görmürəm ki, bizim alyansa qarşı çıxsın, çünki onlar atəş açmaqla heç nəyə nail ola bilməyəcəklər. Əgər bu gün onlar atəş açırsa sabah digər tərəf də atəş açar və o zaman heç kim onları sağ-salamat tapa bilməyəcək», - Samvel Babayan deyib.

Keçmiş «müdafiə naziri» bildirib ki, əgər belə davam etsə qan axıdılacaq. «Mən bilirəm ki, digər tərəf də geri çəkilən deyil, ona görə də hansısa yolla özümüzü müdafiə etməliyik. Əgər sən insanlara atəş açırsansa, vacib deyil kimsən, polissən yoxsa nəsən, və hakimiyyət səni cəzalandırmırsa o zaman qarşı tərəf də hərəkətə keçməyə məcburdur. Axı sonda o da canlı insandır», - Babayan hakimiyyətin ünvanına hədələri davam etdirib.

Xəbər verildiyi kimi Seyran Ohanyanın Crarat kəndində seçicilərlə görüşü zamanı kənd administrasiyasının rəhbəri, Ermənistanın polis rəisininin müavini Levan Yeranosyanın qohumu, hakim Respublika partiyasının üzvü Samvel Qalstayn Ohanyanın tərəfdarlarını hədələməyə başlayıb və onun tərəfdarlarından biri tapançanı çıxararaq Ohanyanın adamlarına tərəf atəş açıb. Buna cavab olaraq Ohanyanın adamları Qalstyanı zərərsizləşdiriblər. Dava düşüb və hər iki tərəfdən xəsarət alanlar var. Davada iştirak edənlərdən və Ohanyanın adamları tərfindən döyülənlərdən biri Lernik Yeranosyan Ermənistan polis rəisinin müavini Levan Yeranosyanın qardaşıdır, o, ağır kəllə-beyin travması alıb.

Ermənistanda parlament seçkiləri aprelin 2-nə təyin edilib. Bu seçkilərin qalibi olan siyasi qüvvə ölkəni idarə edəcək. Çünki 2018-ci ildən Ermənistan parlament üsul-idarəçiliyinə keçir.