vaxtlı-vaxtında oxuyun! Cümə, 26 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Mirzə Fətəli Axundzadə (1812 - 1878)

«Əsil əxlaqlı, xeyirxah adam bütün hərəkət və davranışlarını vətənpərvərliklə uyğunlaşdırar»

Mirzə Fətəli Axundzadə (1812 - 1878)
AVROPA  
17:56 | 23 may 2017 | Çərşənbə axşamı Məqaləyə 1852 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Qatil «müəllim»

Kent qraflığında doğulan şəxs necə terrorçu oldu?

MÖVZU İLƏ ƏLAQƏLİ

Britaniya polisi bu həftənin çərşənbə günü Londonun mərkəzində yoldan keçənlərə və polislərə hücum edən şəxsin adını açıqlayıb. Bu, 52 yaşlı britaniyalı Xalid Məsuddur (Khalid Masood).

Hücum nəticəsində bir polis də daxil olmaqla 4 nəfər həlak olub. Məsud özü isə parlament binasında polislər tərəfindən öldürülüb.

Skotland Yard (Scotland Yard) Metropoliten polisinin məlumatına görə, Londonun cənub-şərqində yerləşən Kent qraflığında doğulan Xalid Məsudun uşaqlıqda adı Adrian Elms olub.

Son vaxtlar Məsud Birmingem (Birmingham) şəhərində yaşayıb. BBC-nin məlumatına görə, son illər Luton şəhərində iki ünvanda yaşadığı ehtimal olunan Xalid Məsudun bir neçə adı olub.

Martın 22-də Londonun Vestminster (Westminster) körpüsündə avtomobillə səkidəki adamları vuran Məsud yoldan keçənləri sıxışdırmağa başlayıb.

Daha sonra əlində bıçaq olan Məsud yaxınlıqdakı Parlament binasına doğru üz tutub.

Vestminster sarayı binası ərazisində polisə xəsarət yetirən Məsud hadisə yerində polis atəşilə öldürülüb.

İnsidentə görə məsuliyyəti özünü İraq-Şam İslam Dövləti (İŞİD) adlandıran qruplaşma öz üzərinə götürüb.


Mülkiyyətə ziyan və bıçaqdan istifadə


BBC-nin əldə etdiyi məlumata görə, Məsud hücum zamanı istifadə etdiyi avtomobili həftənin əvvəlində Birmingem şəhərinin şimalında yerləşən Enterprays (Enterprise) şirkətindən icarəyə götürüb.

Sənədləri doldurarkən peşə qrafasındakı boşluğa o, «müəllim» sözünü yazıb.

Lakin BBC onun Britaniya dövlət məktəblərində heç vaxt müəllim işləmədiyini aydınlaşdırıb.

«Hyundai» avtomobilini icarəyə götürən Məsud bir saat sonra şirkətə zəng vuraraq artıq maşına ehtiyacı olmadığını bildirib.

Vestminester körpüsündə baş verən insidentə qədər nələrin baş verdiyi qaranlıq olaraq qalır.

Polis Xalid Məsudun hücum baş verdiyi zaman araşdırılma altında olmadığını və onun hücum törətmək niyyətində olması barədə məlumatın olmadığını bildirib.

«Lakin buna baxmayaraq, Məsud keçmişdə fiziki hücum, fiziki xəsarət törətmək, silah daşımaq və ictimai intizamı pozduğuna görə cəza alıb», - deyə polisin məlumatında bildirilir.

İlk dəfə Məsud 1983-cü ildə mülkiyyətə qəsdən ziyan yetirdiyinə görə həbs cəzası alıb.

O zaman onun 19 yaşı olub. Sonuncu dəfə isə, 2003-cü ildə bıçaqla hücuma görə məhkum olunub. Məsud terrorla bağlı cinayətlərdə heç vaxt ittiham olunmayıb.

Böyük Britaniyanın baş naziri Tereza Mey (Theresa May) parlament deputatlarına müraciətində hücum edənin Britaniyada doğulduğunu və «bir müddət əvvəl təhlükəli terrorla bağlı istintaq obyekti» olduğunu bildirib.

«O kənarda olan fiqurlardan idi. Bu istintaq çoxdan başa çatıb, hazırda o xüsusi xidmət orqanlarını maraqlandırmırdı. Onun hansısa niyyəti və sui-qəsdi hazırlaması barədə ilkin məlumatlar yoxdur".


Cavabsız əsas sual


Tereza May hazırkı mərhələdə istintaqın təfərrüatı barədə məlumatsız olduqlarını və Məsudun hansı rol oynadığını bilmədiklərini qeyd edib. Lakin mümkün ssenarilər bunlardır:

O, bir və ya digər formada müşahidə edilən əsas şübhəlinin tanışı və ya dostu olub, lakin həmin anda məlum olub ki, onun terrora açıq-aşkar meyli olmayıb.

Mümkün ekstremistlər dairəsinə yaxın ola bilərdi, amma onu təhlükəli hesab etməyiblər, ona görə də əməliyyatın məqsədi başqa insanlar olub

Onun ideoloji düşüncələri və niyyətləri ciddi təhlükə yarada bilərdi, lakin həmin vaxt ona cinayət işi qaldırmaq üçün dəlillər olmayıb və onun ciddi təhlükə yaratmadığı barədə qərar qəbul olunub

Ən böyüyü isə - o həmin əməliyyat zamanı həbs oluna bilərdi, amma sonradan ittiham qaldırılmadan buraxılıb. Sonuncu dəfə Xalid Məsud 38-39 yaşında məhkum olunub. Bu isə gənc yaşlarından xırda cinayətlər edən insan üçün kifayət qədər gecdir.

Bıçaqdan istifadə isə soyğunçuluqdan tutmuş, bəzilərinin iddia etdiyi kimi «özünümüdafiə» qədər bir çox cinayət niyyətindən xəbər verir.

Bütün bunlar bizi başlıca suala doğru aparır, hansı ki cavabı hələ ki yoxdur: onun sonuncu hücumuna təkan verən nə olub?