vaxtlı-vaxtında oxuyun! Şənbə, 27 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Məhəmməd Əmin Rəsulzadə (1884 - 1955)

«Bir kərə yüksələn bayraq bir daha enməz!»

Məhəmməd Əmin Rəsulzadə (1884 - 1955)
REGİON  
11:51 | 22 fevral 2018 | Cümə axşamı Məqaləyə 2896 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«Məni ölkədən ağlını itirmiş barıqa sürgün etdi»

Saakaşvili Ukraynaya qayıdacağına söz verdi

MÖVZU İLƏ ƏLAQƏLİ

Odessa vilayətinin sabiq qubernatoru Mixail Saakaşvili ölkə ərazisinə girişinin qadağan olunması haqda Ukrayna Dövlət Sərhəd Xidmətinin qərarını şərh edib.

Bu barədə M.Saakaşvili «Facebook» sosial şəbəkəsindəki səhifəsində yazıb. O qeyd edib ki, bu qərar Ukrayna prezidenti Petro Poroşenko tərəfindən qəbul edilib, hansı ki, guya xalq etirazlarından qorxub.

«Xeyr, gəlin hər şeyi öz adı ilə çağıraq: məni ölkədən qorxusundan ağlını itirmiş barıqa sürgün etdi, onu və onun dəstəsini təknədən qovacaqlar və o nədənsə elə düşünür ki, hələ üç il davam gətirəcək», - deyə siyasətçi bildirib.

Gürcüstanın keçmiş prezidentinin sözlərinə görə, onun sürgünü Ukraynanı xalq hiddətindən qurtarmayacaq. O, hakimiyyətin hərəkətlərini «axmaq səhv» adlandırıb.

«Mənimlə və ya mənsiz, artıq bu hakimiyyətin sonu çatıb, mən isə çox tezliklə Ukraynaya-evə qayıdacağam,  üç ildən xeyli  əvvəl... Ola bilsin, Pyotr Alekseyeviç üçün həbsxanaya keçmiş tələbəlik illərinin xatirəsi xətrinə «peredaça» da aparım, mən kinli deyiləm», - Saakaşvili vurğulayıb.

 

***

 

22:22

Ukraynanın Sərhəd Xidməti 2021-ci il fevralın 13-dək Odessa vilayətinin sabiq qubernatoru Mixail Saakaşvilinin ölkəyə girişini qadağan edib.

Bu barədə «İnterfaks-Ukrayna» məlumat yayıb.

Xidmətdən bildiriblər ki, fevralın 12-də məhkəmə qərarları ilə Ukraynada qanunsuz yaşayan M.Saakaşvili readmissiya olunub.

M. Saakaşvilinin vəkili bu qərarı qanunsuz hesab edərək şikayət veriləcəyini bildirib.