Rusiyanın daha bir “baş ağrısı” – Taliban
Əfqanlar KTMT-ni sınağa çəkməklə Kremlin əsəbləri ilə oynayır
Dadaş ƏHMƏDLİ
MÖVZU İLƏ ƏLAQƏLİ
-
Taliban “Facebook”a qadağan edib
“Twitter”də isə mavi rəng ödənişli xidmətindən istifadə edir
-
“Müharibəyə hazır olun”
Hikmətyar tərəfdaşlarına çağırış etdi; Əfqanıstan yenidən qarışır
-
... Moskva və Pekin ehtiyat edir
Əfqanıstan niyə Şanxay Əməkdaşlıq Təşkilatına üzv ola bilmir?...
-
Atəşkəs bitdi!
Pakistan Talibanı hücum əmri verdi
-
KTMT-də növbəti fiasko
İrəvan növbəti il əl-qolu bağlı qalacaq
-
Paşinyanın KTMT-dəki fiaskosu
Sərhəddən Ermənistanın başına od ələnəcək
-
Lukaşenko hamını güldürdü
Belarus prezidentinin dedikləri zarafat deyil, reallığa baxışı idi
-
KTMT Paşinyanın tələbini rədd etdi
Lukaşenko erməni baş nazirin verdiyi ziyafətə qatılmadı
-
İrəvan öz evində uduzdu
Paşinyan KTMT-də Bakıya qarşı son şansını da itirdi
-
Putinə yarınmaqla ...
Paşinyandan dörd prezidentə qarşı hörmətsizlik
-
Paşinyan KTMT-ni şantaj etdi
“Ermənilərin təşkilata ümidi doğrulmayıb”
-
İrəvanın gözləntisi azdır
Paşinyan Bakıya qarşı cəbhə planlaşdırır
-
Paşinyanın buxovu ...
Ermənistan KTMT-dən çıxmağı bacaracaqmı?
-
Paşinyan nə etsə də ...
KTMT liderləri sabah İrəvana toplaşır
-
Çapaladıqca batır
“SSRİ”ni bərpa edəcəkdi MDB-ni də itirir
-
“Ermənistan KTMT-dən çıxa bilər”
Paşinyan: “Bu, söz oyunu deyil”
Hər şey imperiyanın zəifləməsinə bağlıdır. İndi Rusiyaya iddia irəli sürənlərin çoxu bu ölkənin daha əvvəlki hökmündə ola bilməyəcəyini yəqin etmələrindəndir. Ukrayna cəbhəsində uğursuzluqlara düçar olması səbəbindən Suriyadan ordunu çıxarmağa məcbur olmuş Rusiyanın hələ bu bataqlıqda çox qalacağını və hər ötən gün zəifləyəcəyini bildiyindən Yaponiya kimi ehtiyatlı bir ölkənin də Kuril adaları ilə bağlı iddialarını indi daha qətiyyətlə dilə gətirməsinin əsil səbəbi budur.
Bu yandan da Əfqanıstanda artıq hakimiyyətini möhkəmləndirə bilmiş Taliban. Görünür, Taliban da Rusiya rəhbərliyinin mövqelərində zəifliyi hiss edib və Kremlin əsəbləri ilə oynamaq qərarına gəlib. Talibanın Tacikistana məxsus əraziləri ilhaq etmək planları Kremli ciddi narahat edir. Tacikistan KTMT-nin bir hissəsidir və Talibanın birbaşa işğalı Rusiya rəhbərliyini Talibana qarşı Tacikistanda ikinci cəbhə açmağa məcbur edir və Ukraynadakı müharibə səbəbindən Kremlin Tacikistana kömək etmək üçün kifayət qədər qoşun və silahı yoxdur. Kremin Tacikistana” kömək etməkdən imtina etməsi isə KTMT-ni öz əlləri ilə basdırması deməkdir.
Rusiya rəhbərliyinin Taliban terror təşkilatının nümayəndələri ilə onların Tacikistana hücum etməyəcəyi ilə bağlı bazarlaşması və razılığa gəlməsi artıq məlum olan faktdır. Əməliyyatın ümumi məbləği üç milyard ABŞ dolları təşkil edib. Məbləğin bir hissəsi cari il ərzində nağd şəkildə, bir hissəsi isə - təxminən 40 faizi - mal və enerji ilə bağlanmalıdır. Taliban hərəkatını Tacikistan ərazisinin bir hissəsini ilhaq etmək planlarından əl çəkməyə inandırmaq məqsədi daşıyan danışıqlar martın əvvəlindən Rusiya rəhbərliyi tərəfindən fəal şəkildə aparılır və belə görünür ki, razılıq əldə olunub. Və hətta, Taliban üçün xoş bonus olaraq, Rusiya rəhbərliyi Talibanı Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumuna” dəvət etməyə də razılaşıb. AMMA Taliban yeni şərtlər qoyub və indi daha iki milyard dollar, üstəlik pulla və mümkün qədər tez tələb edir, əks halda əvvəlki razılaşmalar etibarsız sayılacaq.
Danışıqlar ən çox iyunun 15-dək aparılacaq və məhz bu tarixə qədər Taliban şərtləri müzakirə etməyə hazırdır. Rusiya prezidenti Vladimir Putin şənbə günü günortadan sonra bu problemlə bağlı hesabat alıb. Bu problemin həlli Rusiya Xarici İşlər Nazirliyinin yardımı ilə Rusiya Federasiyası Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşevə həvalə edilib. Rusiya rəhbərliyinin “yeni dostlarının” – Talibanın yeni tələblərini yerinə yetirəcəyinə praktiki olaraq heç bir şübhə yoxdur, lakin iştahası diş altındadır və Talibanın bir daha fikrini dəyişməyəcəyinə heç bir zəmanət yoxdur.