vaxtlı-vaxtında oxuyun! Bazar, 28 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Üzeyir bəy Hacıbəyov (1885 - 1948)

«Əgər asudəlik istəyirsənsə, vaxtını hədər yerə itirmə»

Üzeyir bəy Hacıbəyov (1885 - 1948)
GÜNDƏM  
23:19 | 23 noyabr 2022 | Çərşənbə Məqaləyə 879 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

KTMT Paşinyanın tələbini rədd etdi

Lukaşenko erməni baş nazirin verdiyi ziyafətə qatılmadı

Zaur MƏMMƏDOV

MÖVZU İLƏ ƏLAQƏLİ

İrəvanda KTMT liderlərinin görüşü başa çatdı. Paşinyanın son istəyi təşkilat tərəfindən sərhəddə yaşananlarla bağlı yekun Bəyanatın verilməsi və KTMT-nin fors-major vəziyyətlərdə çevik reaksiya mexanizminin hazırlanması ilə bağlı qərarın qəbul edilməsi idi.

Hər ikisi ilə bağlı yekun nəticəyə gəlinmədi. KTMT liderləri Paşinyanın “Azərbaycan ordusu 13-14 sentyabr tarixlərində irəlilədiyi ərazilərdən geri çəkilməlidir” tələbini rədd etdilər.

Bundan başqa, sammitdə Lukaşenko növbəti dəfə Paşinyanı ciddi şəkildə tənqid edib, ABŞ-ın Ermənistanda biolaboratoriyasının olmasına eyham vurub və İrəvanı Azərbaycan ilə sülh müqaviləsi imzalamağa çağırıb. Bu azmış kimi, Belarus prezidenti, Paşinyanın qonaqların şərəfinə verdiyi ziyafətə qatılmayaraq Qaqik Sarukyanın evinə qonaq gedib.

Beləcə, Ermənistanın hakimiyyətinin İrəvan küçələrində hazırladığı KTMT üzvlərini manipulyasiya etməyi nəzərdə tutan bir tərəfdən anti-Rusiya, digər tərəfdən Rusiyapərəstlərin mitinqləri də Nikolun imdadına çatmayıb. Üstəlik, Peskov Paşinyan bəzi məsələlərdən narazı olsa da ölkəsi KTMT də qalacaq bəyanatını verib.