vaxtlı-vaxtında oxuyun! Bazar, 28 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Əli bəy Hüseynzadə (1864 - 1940)

«Hürriyyət!.. O nə qüvvədir ki, zehinləri, fikirləri, xəyalları, bəşərin bütün ruh və mənəviyyatını sövq edir!»

Əli bəy Hüseynzadə (1864 - 1940)
AMERİKA  
08:16 | 2 dekabr 2022 | Cümə Məqaləyə 603 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Orduya güvən 50 faizin altında

ABŞ ictimaiyyəti Əfqanıstandan çıxmanı inamsızlığın ən böyük səbəbi sayır

XALİDƏ

MÖVZU İLƏ ƏLAQƏLİ

Kaliforniyada mənzillənən “Ronald Reyqan Fondu”nun sorğusu göstərib ki, ABŞ ictimaiyyətin son illərdə orduya inamsızlığı davam edir. Fondun noyabr ayında ABŞ-ın müxtəlif ştatlarında keçirdiyi rəy sorğusunda Amerika xalqının 48 faizinin orduya güvəndiyi məlum olub.

2018-ci ildə yüzdə 70 olan güvən səviyyəsinin son dörd ildə 50 faizdən aşağı düşdüyünü ifadə edən araşdırmada iştirakçılara bunun səbəbləri də soruşulub.

Respondentlərin 62 faizi buna səbəb kimi “hərbi komandanlıq səviyyəsinin həddən artıq siyasiləşdirilməsini” göstərsə də, mülki idarələrin verdiyi qərarların, xüsusən də Əfqanıstandan çıxarılmasının orduya inamı azaltdığı qənaətindədir.

Araşdırmada əsgərliyə getmək istəyib-istəmədiyi ilə bağlı suallara “Mən heç vaxt qoşulmaq istəmirəm” və ya “Qoşulmaq istəmirəm” cavabını verənlərin nisbəti yüzdə 54, davamını istəyənlərin nisbəti isə yüzdə 54 olub. ABŞ-ın Ukraynaya yardımına dəstək yüzdə 57 oldu.

Araşdırmada demokratların 73 faizi, respublikaçıların isə 51 faizi Ukraynaya yardımın davam etdirilməsini dəstəklədiyini bildirib.

NATO-ya 60 faiz etibar etdiyi qeyd edilən araşdırmada iştirakçıların 72 faizi hər hansı bir NATO tərəfdaşı Rusiya tərəfindən hücuma məruz qaldıqda hərbi reaksiya verilməsinin tərəfdarı olub.

İştirakçıların 54 faizinin ABŞ-ın Çinlə bağlı dəqiq strategiyasının olmadığı fikrini ifadə etdiyi araşdırmada iştirakçıların 71 faizi Rusiya-Ukrayna müharibəsinin Çini Tayvanı işğal etməyə ruhlandıracağını düşünür.