vaxtlı-vaxtında oxuyun! Şənbə, 27 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Barış Manço (1943 - 1999)

«İnsanlar hər zaman qəhrəman ola bilməzlər, ama hər zaman insan ola bilərlər»

Barış Manço (1943 - 1999)
BÖHRAN  
15:48 | 10 dekabr 2022 | Şənbə Məqaləyə 1151 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Zelenski çətin durumda

Ukrayna ordusunun cəbhədəki uğuru Ukraynanın taleyini həll edə bilər

Aqşin KƏRİMOV

MÖVZU İLƏ ƏLAQƏLİ

Rusiya ilə ABŞ arasında danışıqların mahiyyətini təkcə taxıl koridoru, humanitar məsələlər, energetika sahələrindəki fikir ayrılıqlarının aradan qaldırılması üçün müzakirələr kimi düşünmək sadəlövhlük olardı.

Gözoxşayan epitetlərlə masaya Ukraynanın taleyi ilə bağlı müzakirələr qoyulur.

Vəziyyət isə Ukrayna üçün qəlizdir.

Ukrayna Prezidenti Vladimir Zelenski Qərbin təzyiqləri ilə danışıqlara getsə, onda aparılan müharibədə Kiyevin mövqeyinin kəsəri qalmayacaq.

Zelenski danışıqlara getməsə, qış aylarında Ukraynanı və Avropanı daha çətin günlər gözləyəcək.

O, danışıqlara gedib, mənzərəni 24 fevrala qədərki dövrə qaytarmağa nail olsa belə, bu da Ukraynanın məğlubiyyəti kimi yozulacaq.

Ukrayna prezidenti danışıqlara getməsə, Rusiyanın şantajlarının miqyası genişlənəcək və nüvə təhdidləri Kiyevdə qorxu yaradacaq.

Zelenskinin isə belə variantları seçmədiyi görünür, buna görə də, onun bir seçim yolu qalır: qətiyyət göstərib Rusiyanın dövlət sərhədinə qədər geri oturtmaq və Krımı geri qaytarmağa nail olmaq!

Onun bu qərarı isə Ukrayna ordusunun cəbhədəki əməliyyatları uğurlu şəkildə icra etməsindən və Qərbin Kiyevə silah dəstəyinin xarakterindən asılıdır.