vaxtlı-vaxtında oxuyun! Şənbə, 27 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Azadlıq və istiqlaliyyət hər bir xalqın milli sərvətidir»

Heydər Əliyev (1923 - 2003)
ELM-TEXNİKA  
19:40 | 13 yanvar 2024 | Şənbə Məqaləyə 1708 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Qalaktikanın kənarından gələn siqnal

NASA alimləri qeyri-adi kosmik hadisə ilə rastlaşıblar

MÖVZU İLƏ ƏLAQƏLİ

Alimlər qalaktikamız kənarından gələn gözlənilməz və izah olunmayan bir siqnal əldə ediblər. Tədqiqatçılar NASA-nın “Fermi Gamma-Ray” Kosmik Teleskopunun məlumatlarında tamamilə başqa bir şey axtararkən bu sirli elementə rast gəldiklərini söyləyirlər.

Siqnalın demək olar ki, eyni ölçüdə olan və oxşar istiqamətdə gedən başqa bir qamma şüası siqnalı ilə əlaqəli olduğu başa düşülsə də, buna hələ izah tapılmayıb.

Tədqiqatçılar yeni obyekti kosmik mikrodalğalı fonla əlaqəli qamma şüa elementi və ya qısaca KMF-ni (kosmik mikrodalğalı fon (CMB – cosmic microwave background)), daha dəqiq kainatın əvvəlindən qalan radiasiyanı axtararkən tapıblar.

Onilliklər əvvəl alimlər müəyyən etmişdilər ki, KMF Şir bürcünə doğru daha isti və sıx, əks istiqamətdə isə daha soyuq və daha az mikrodalğalıdır. Alimlər bu strukturu daha yaxşı başa düşmək istəyirlər, çünki KMF-də dəyişiklikləri düzgün görmək üçün bu siqnal aradan qaldırılmalıdır.

Yeni araşdırmada elm adamları eyni UYEKŞ (ultra yüksək enerjili kosmik şüalar) “dipol” quruluşun qamma şüalarında da görünüb-görünmədiyini öyrənmək istəyiblər. Bunu gün ərzində bütün səmanı “skan” edən NASA kosmik teleskopu vasitəsilə ediblər.

Tədqiqatçılar nəticədə bir dipol quruluşu tapıblar. Amma bu siqnal tamam başqa yerdə, cənub səmasında, KMF-nin yerləşdiyi yerdən xeyli aralıda olub.

Yeni kəşf edilmiş dipol ultra yüksək enerjili kosmik şüalardakı dipolla eyni istiqamətdən gəlir. Hər ikisinin eyni ölçüləri var.

Alimlər bu iki hadisənin əlaqəli olduğunu düşünürlər. Bu siqnallar yəqin ki, eyni mənbədən gəlirlər, bu da onların oxşar quruluşunu izah edir.

Elm adamları ya bu mənbənin nə olduğunu öyrənməyə, ya da bu iki elementin niyə mövcud olduğuna dair yeni izahat tapacaqlarına ümid edirlər.

Tapıntıları təsvir edən “Diffuz qamma-şüa fonunun dipolunun araşdırılması” adlı məqalə “The Astrophysical Journal Letters”də dərc olunub.