vaxtlı-vaxtında oxuyun! Cümə, 26 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Səttar Xan (1866 - 1914)

«Yüksəlməyə hər millətin
Öz yolları vardır
Millətlər uçar,
yüksələr öz doğma dilyilə»

Səttar Xan (1866 - 1914)
ENERGETİKA  
18:34 | 2 fevral 2016 | Çərşənbə axşamı Məqaləyə 2492 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

... BP ixtisarlar aparır

Qanunun tələblərini pozmaqla...

ÜLVİYYƏ

MÖVZU İLƏ ƏLAQƏLİ

BP və onun tərəfdaş şirkəti 300 əməkdaşını ixtisar edib. Hazırda bu ixtisarlar davam edir. Lakin BP şirkəti ixtisarlar apararkən işçilərə Əmək Məcəlləsinin 77-ci maddəsində nəzərdə tutulan qaydada 2 ay xəbərdarlıq müddətində əmək fəaliyyətini davam etdirmək imkanı vermir.

Bunu virtualaz.org saytına Neftçilərin Hüquqlarını Müdafiə Təşkilatının sədri Mirvari Qəhrəmanlı bildirib. Onun sözlərinə görə, BP şirkəti tərəfindən ixtisar olunmuş neftçi Nəsimi Rayon Məhkəməsində iddia qldırıb. Təşkilatın müdafiə etdiyi neftçinin iddiası təmin olunub.

M.Qəhrəmanlı əlavə edib ki, bəzi xarici neft şirkətlərində yerli işçilərə qarşı diskriminasiya hallarına yol verilr. Xüsuslə, «Bahar enerj», «SOCAR CAPE» və «Qarasu OYL» şirkətlərində işçilərə qarşı ayrı-seçkilik var: «İşə qəbul, əməkhaqqının ödənilməsi və əmək müqaviləsinin ləğv olunması zamanı diskriminasiya müşahidə edilir. Həmçinin aparılan araşdırmalar zamanı Əmək Məcəlləsinin 68, 69, 70, 71, 77, 78, 79, 80-ci maddələrinin pozulması hallarına rast gəlinib. Belə ki, ixtisarlar zamanı işçilərə məcburi ərizə yazdırma, o cümlədən uzun illər bu sahədə çalışan mütəxəssislrin əmək müqaviləsnin bitməsi bəhanəsi ilə işdən çıxarıldığı bəlli olub».

M.Qəhrəmanlının sözlərinə görə, «Bahar Enerji» şirkəti ixtisara saldığı 50 işçisinə işdənçıxma ilə əlaqədar kompensasiyalar ödəmək istəmirdi. Yalnız müdaxilə və əlaqədar orqanlara şikayətlərdən sonra işçilərə kompensasiya ödənilib.