vaxtlı-vaxtında oxuyun! Cümə, 26 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Seyid Cəfər Pişəvəri (1892 - 1947)

«Haqqı almaq asan bir işdir, onu saxlamaq şərtdir»

Seyid Cəfər Pişəvəri (1892 - 1947)
STOLÜSTÜ  
17:31 | 18 noyabr 2013 | Bazar ertəsi Məqaləyə 3787 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Avropa çempionluğu Vüqar Həşimova həsr edildi

Şahmatçılarımız qitənin ən güclüsü oldu

Virtualaz.org

MÖVZU İLƏ ƏLAQƏLİ

Dünən Polşanın paytaxtı Varşavada şahmat üzrə komandalararası Avropa çempionatı başa çatıb. Azərbaycan millisi Avropa çempionu adını qazanıb. Sonuncu turda Azərbaycan millisi Ermənistan şahmatçıları ilə qarşılaşıb. Gərgin mübarizədə bütün lövhələrdə heç-heçə qeydə alınıb - 2:2.

Bu nəticə komandamızı razı salıb. Fransa yığması Rusiyaya uduzduğundan (1,5:2,5) Ermənistanla qarşılaşmada əldə edilən bərabərlik Azərbaycana çempionluq üçün yetərli olub. Ümumi hesabda 14 xal toplayan Azərbaycan millisi tarixində ikinci dəfə Avropa çempionu olub. Buna qədər 2009-cu ildə Serbiyada keçirilən yarışda şahmatçılarımız qalib adını qazanmışdılar.
Qələbədən sonra Azərbaycan millisinin üzvləri sosial şəbəkədə öz fikirlərini paylaşıblar. Onlar ağır xəstəlikdən əziyyət çəkən, hazırda Almaniyada müalicə olunan Vüqar Həşimovu da yada salıblar.
Azərbaycan yığmasının üzvü Qədir Hüseynov qələbəni belə şərh edib: “Nəhayət ki, yazmaq imkanım var. Xoşbəxtəm ki, gərgin mübarizə şəraitində Avropa çempionu olmağı bacardıq. Biz birlikdə qalib gəldik. Komandamızın hər bir üzvü kimi mən də qələbəni Azərbaycan xalqına və dostum Vüqar Həşimova həsr edirəm. Vüqar, sənin məsləhətlərin həm şahmatda, həm də həyatda həmişə kömək olub. Tezliklə qayıt, qardaş”.
Millinin üzvü Şəhriyar Məmmədyarov da qələbəni Vüqar Həşimova həsr etdiyini vurğulayıb: “О, hər zaman bizimlədir və biz də bu qələbəmizdə onun adını və özünü görürük. Birinci dəfə Avropa çempionu olanda o, bizimlə idi. Amma heyf ki, indi o, yanımızda ola bilmir. Bunun bəzi səbəbləri var. Amma qoy bütün şahmatsevərlər bilsin ki, Vüqar hər zaman bizimlədir və onun əvəzi yoxdur. Bu çempionluqda da o, bizimlədir. Hər şeyə görə çox sağ ol, Vüqar Həşimov”.