vaxtlı-vaxtında oxuyun! Cümə, 26 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Hüseyn Cavid (1882 - 1941)

«İdealsız nicat ümidi-məhal...
«İttihad!» İştə ən böyük ideal!
Səni qurtarsa, qurtarır birlik,
Çünki birlikdədir fəqət dirlik!»

Hüseyn Cavid (1882 - 1941)
DİGƏR NÖVLƏR  
20:29 | 14 may 2017 | Bazar Məqaləyə 1838 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Tapançadan atəş açan snayper

Ruslanın 2-ci, Azərbaycanın 12-ci qızıl medalı

MÖVZU İLƏ ƏLAQƏLİ

Mayın 14-də - «Bakı-2017» IV İslam Həmrəyliyi Oyunlarının ikinci günündə Azərbaycan idmançısı Ruslan Lunyov özünün ikinci, ölkəmizin 12-ci qızıl medalını qazanıb.

O, atıcılıq yarışlarında kişilər arasında 25 metrdən tapança ilə sürətli atəşaçma yarışının qalibi olub. Ruslan Lunyov hamıdan yüksək nəticə göstərərək qızıl medala sahib olub.

Gümüş medalı Türkiyə idmançısı Murad Kılıç, bürünc mükafatı isə Oman atıcısı Səid Əl Haşimi qazanıb.

Qeyd edək ki, Azərbaycan yığma komandasına «Bakı-2017» IV İslam Həmrəyliyi Oyunlarında ilk qızıl medalı Ruslan Lunyov qazandırıb. O, kişilər arasında 25 metr məsafədən tapança ilə atəşaçma yarışında hamıdan dəqiq olub - (581-25 xal).