vaxtlı-vaxtında oxuyun! Cümə, 1 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Əbülfəz Elçibəy (1938 - 2000)

«Demokratiya bəzi xalqlara mənəvi qidadırsa, bizim üçün dərmandır»

Əbülfəz Elçibəy (1938 - 2000)
BANK, BİRJA, SIĞORTA  
09:39 | 13 oktyabr 2022 | Cümə axşamı Məqaləyə 1277 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

10 gündə 11 faiz ucuzlaşma

Krım körpüsü ilə bərabər Rusiya iqtisadiyyatı da partlayıb

Vüqar BAYRAMOV

MÖVZU İLƏ ƏLAQƏLİ

Rubl yenidən ucuzlaşdı. Rusiya milli valyutasının rəsmi məzənnəsi son 10 gündə ABŞ dollarına nisbətən 57.5 kursundan 64.0-dək dəyişib. Bu o deməkdir ki, rubl yalnız son 10 gündə 11.0 faiz dəyər itirib.

Rublun ucuzlaşması Avropa İttifaqının 8-ci sanksiyalar paketini təsdiq etməsi və Krım körpüsünün partladılmasından sonra Rusiya-Ukrayna müharibəsinin yeni mərhələyə qədəm qoyması ilə bağlıdır. Son hadisələr Rusiya iqtisadiyyatına təzyiqi daha artırmaqdadır.

Aydındır ki, hazırda rublun rəsmi məzənnəsi daha çox inzibati sterlizasiya metodları ilə müəyyənləşsə də bazardakı tələb və təklif də təsirsiz deyil. Rusiyada ölkədən valyuta çıxarışı məhdudlaşdırılıb. Bu isə xaricə valyuta axınına imkan vermədiyi üçün bazardakı tarazlığa təsir edirdi. Eyni zamanda, Rusiyadakı rəsmi məzənnə daha çox alış kursu təsiri bağışlayır. Xüsusən böyük məbləğdə xarici valyuta satışlarının payı kəskin azalıb.

Rublun son dəyərsizləşləşmələri ilə yanaşı, Rusiya valyutasının dollara nisbətən gələn ildən daha çox ucuzlaşması gözləntiləri yüksəkdir. Bir tərəfdən, biznes yeni bazarlar, Rusiyalı turistlər isə yeni ölkələr axtarır. Deməli, yenidən idxalın artması və turist səfərlərinin sayının çoxalması müşahidə olunacaq. Bu isə dollara tələbi yenidən artıracaq. Digər tərəfdən, valyuta bazarındakı məhdudiyyətləri uzun müddət saxlamaq real deyil və bu da kursa təsir göstərəcək. Deməli, sanksiyaların genişlənməsi fonunda rublu heç də yaxşı günlər gözləmir.