vaxtlı-vaxtında oxuyun! Bazar ertəsi, 11 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Nəriman Nərimanov (1870 - 1925)

«Siz ata-babalarınızın müqəddəs yerlərinə o vaxt VƏTƏN deyə bilərsiniz ki, onun sahibi olasınız»

Nəriman Nərimanov (1870 - 1925)
TƏBİƏT, İQLİM, FƏLAKƏT  
23:24 | 19 avqust 2024 | Bazar ertəsi Məqaləyə 531 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Qitələrdən biri sürətlə yüksəlir

Alimlər xəbərdarlıq edirlər – bunun böyük təsirləri ola bilər

FATEH

MÖVZU İLƏ ƏLAQƏLİ

Alimlər Antarktidanın sürətlə yüksəldiyini aşkar ediblər. Qitə dəniz səviyyəsinin yüksəlməsinin ehtimal olunandan daha çox töhfə verə bilər. Məlumdur ki, Antarktidada buzlaqlar əridikcə dəniz səviyyəsi yüksəlir və qlobal istiləşmənin təsiri ilə bu proses daha da sürətlənir. Bundan əlavə, qitə bu şəkildə çəkisini itirdikcə dəniz səviyyəsini də yüksəldir.

Çünki Antarktida cazibə qüvvəsi ilə maqnit kimi fəaliyyət göstərərək buzunu qoruyur. O, əriyib kütləsini itirdikdə tuta biləcəyi buzun miqdarı azalır və okeanlara daha çox su buraxır.

Bu prosesin təsirini ölçmək istəyən tədqiqatçılar Yer mantiyasının Antarktida buz örtüyünün altındakı hissəsini tədqiq ediblər.

“Science Advances” jurnalında dərc edilən son araşdırmada qitənin çox sürətlə yüksəldiyi müəyyən edilib.

Ohayo Dövlət Universitetinin geoloqu Terri Uilson həmmüəllifi olduğu araşdırma haqqında deyib: “Bizim ölçmələrimiz Antarktida buz örtüyünün əsasını təşkil edən bərk torpaqların təəccüblü surətdə şəklini dəyişdiyini göstərir”.

Yerüstü buzun azalması nəticəsində yaranan quru kütləsinin yüksəlməsi minlərlə il deyil, onilliklər ərzində baş verib.

Tədqiqat qrupu daha sonra model yaradaraq qitənin yüksəlişinin uzunmüddətli təsirlərini təhlil edib.

Modelə görə, istixana qazı tullantıları azalsa və qlobal istiləşmə ləngisə, qitənin yüksəlməsinin dəniz səviyyəsinin qalxmasına təsiri 40 faiz azala bilər.

Bu halda elm adamları Antarktidanın kütləvi itkisinin dəniz səviyyəsinin 2500-cü ilə qədər 1,7 metr yüksəlməsinə səbəb olacağını bildirirlər.

Ancaq qlobal istiləşmə davam edərsə, eyni tarixə qədər 19,5 metr artım proqnozlaşdırırlar.

“Bu tədqiqat iqlim dəyişikliyinin yüksələn dənizlərə təsirlərini daha yaxşı proqnozlaşdırmaq və effektiv ekoloji siyasətlərə rəhbərlik etmək qabiliyyətimizdə təməlqoyma addımıdır”, – Massaçusets Universitetindən tədqiqatın digər müəllifi Rob DeKonto.

Kanadanın “McGill” Universitetindən tədqiqatın həmmüəllifi Natalya Qomez, “Sahil bölgələrində təxminən 700 milyon insanın yaşadığı və bu əsrin sonuna qədər dəniz səviyyəsinin yüksəlməsinin potensial dəyərinin trilyonlarla dollara çatacağı ilə Antarktidada buzların əriməsinin domino effektini anlamaq çox vacibdir”, – deyib.

Tədqiqatçılar xəbərdarlıq edirlər ki, modelin bəzi çatışmazlıqları var. Qərbi Antarktidanın seysmik məlumatlarını daxil etməməklə yanaşı, Qrenlandiyanın dəniz səviyyəsinə təsirini də nəzərə almır.

Yenə də tədqiqatçılar sahilyanı ərazilərin təhlükə altında olduğunu göstərən tapıntıların digər tədqiqatlarla uyğunlaşdığını bildirirlər: “Nəticələr tullantıları daha az olan, lakin dəniz səviyyəsinin qalxmasına daha həssas olan ölkələrə qarşı iqlim ədalətsizliyini vurğulayır”.