vaxtlı-vaxtında oxuyun! Şənbə, 28 sentyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Məhəmməd Əmin Rəsulzadə (1884 - 1955)

«Bir kərə yüksələn bayraq bir daha enməz!»

Məhəmməd Əmin Rəsulzadə (1884 - 1955)
DÜNYA  
16:14 | 25 sentyabr 2024 | Çərşənbə Məqaləyə 80 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Qızıl püskürən dağ

Ətrafa gündə 80 qram qızıl yayır

XALİDƏ

MÖVZU İLƏ ƏLAQƏLİ

Antarktida buzla örtülmüş soyuq qitə kimi tanınır, eyni zamanda vulkanik fəaliyyətə ev sahibliyi edir. Qitədə onlarla vulkan var ki, onların əksəriyyəti Qərbi Antarktida və Mari Berd ərazisində yerləşir.

2017-ci ildə aparılan araşdırmada bu bölgədə 138 vulkan aşkar edilib. Bu vulkanların əksəriyyəti hərəkətsiz olsa da, Antarktidada aktiv hesab edilən səkkiz və ya doqquz vulkan var.

Qitədəki ən aktiv vulkanlardan biri 3794 metr yüksəklikdə olan Erebus dağıdır. Dünyanın ən cənub nöqtəsində fəaliyyət göstərən Erebus vulkanı Yunan mifologiyasında qaranlığın təcəssümü olan Erebusun şərəfinə adlandırılıb.

1841-ci ildə ingilis kəşfiyyatçısı ser Ceyms Klark Ross tərəfindən kəşf edilən vulkanın o dövrdən aktiv olduğu bildirilir. Erebus dağının zirvəsindəki kraterdə 1972-ci ildən aktiv olan lava gölü var.

Erebus müntəzəm olaraq qaz və buxar püskürür və arabir “vulkan bombaları” kimi tanınan ərimiş qayaları çölə atır. Ən maraqlı kəşflərdən biri də alimlərin bu qazlarda kiçik qızıl kristalları tapmasıdır.

Vulkanın hər gün təxminən 80 qram qızıl püskürdüyü və bu qızılın dəyərinin təxminən 6000 dollar olduğu təxmin edilir. Qızıl tozu hətta 1000 kilometr uzaqlıqdakı mühitlərdə də aşkar edilir.

Bununla belə, Erebus dağı 1979-cu ildə faciəvi təyyarə qəzası ilə məşhurdur. “Air New Zealand 901” reysi 28 noyabr 1979-cu ildə Erebus dağına çırpılmışdı və təyyarədə olan 257 nəfərin hamısı həlak olmuşdu. Bu faciəvi hadisədən sonra Antarktidaya turist uçuşları dayandırılıb.