vaxtlı-vaxtında oxuyun! Cümə, 25 may 2018
ABŞ dolları 1 USD = 1.7000 AZN
Avro 1 EUR = 2.0001 AZN
Rusiya rublu 1 RUB = 0.0277 AZN
İngilis funt sterlinqi 1 GBP = 2.2810 AZN
Türk lirəsi 1 TRY = 0.3570 AZN
Mustafa Kamal Atatürk (1881 - 1938)

«Milli mənliyini itirmiş cəmiyyət, başqa millətlər üçün ovdur»

Mustafa Kamal Atatürk (1881 - 1938)
GÜNDƏM  
15:14 | 12 fevral 2018 | Bazar ertəsi Məqaləyə 597 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«Orduda insidentlərin sayı artıb»

Separatçı generaldan etiraf: «Biz hazırkı mərhələnin yetərli olmadığını hesab edirik»

MÖVZU İLƏ ƏLAQƏLİ

Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ bölgəsində düşmənin qeyri-qanuni hərbi birləşmələrində insidentlərin sayı kəskin artıb. Vəziyyət o həddə çatıb ki, qondarma qurumun «müdafiə naziri», general-leytenant Levon Mnaçakanyan news.am-a müsahibəsində bunu etiraf etmək məcburiyyətində qalıb.

Mnaçakanyan nizamnaməyə uyğun olmayan insidentlərin sayında artımın qeydə alındığını, bunun narahatlıq doğurduğunu deyib.

Erməni general ciddi-cəhdlə qeyri-döyüş şəraitində ölüm hallarının azaldığını söyləməklə real faktları gizlətməyə çalışıb. Ötən il Ermənistan ordusunda qeydə alınan ölüm faktları separatçı generalının dediklərini tamamilə təkzib edir. Hələ 2017-ci ilin yanvar ayından 27 noyabr tarixinədək Ermənistan ordusunda 59-dan çox ölüm hadisəsi qeydə alınıb. Noyabrdan sonra da düşmən ordusunda ölüm hallarına bir neçə dəfə rast gəlinib.

«Təbii ki, istənilən rəqəm narahatlıq doğurur, nizamnaməyə uyğun olmayan insidentlərə gəldikdə isə bu istiqamətdə maarifləndirici iş aparılır», - Mnaçakanyan deyib.

Mnaçakanyan müsahibəsində Aprel döyüşlərini hələ də unutmadıqlarını gizlətməyib. Bildirib ki, erməni ordusu aprel məğlubiyyətindən dərs çıxarmağa çalışır.

«Təbii ki, hər bir insidentdən sonra diqqətlə analiz aparılır. Bu, 2016-cı ilin aprelindən sonra da baş verdi. Bütün hadisələr və hərəkətlər diqqətlə öyrənildi, analiz edildi, nəticələr çıxarıldı və onların nəticələrinə əsasən işlər aparılır. Lakin biz hazırkı mərhələnin yetərli olmadığını hesab edirik».


   

şərhləri göstər

DİQQƏT!

Əziz oxucular. Mövzudan kənar, müəllifin şəxsinə və təhqir sözlər olan şərhlər yolverilməzdir. Sadaladıqlarımızdan savayı bütün fikirləriniz bizim üçün dəyərlidir.

Hələlik rəy yoxdur.

Şərh əlavə etmək

* Daxil edilməsi vacibdir
(göstərilməyəcək)
 
Smile Sad Huh Laugh Mad Tongue Crying Grin Wink Scared Cool Sleep Blush Unsure Shocked
 
1000 ədəd
 
Yeni şərhlər barədə mənim email ünvanıma məlumat göndər.
 
Mənim blankımdakı məlumatları bu kompüterin yaddaşında saxla.
 
Mən şərtləri. oxuyub tanış olmuşam və qəbul edirəm *