vaxtlı-vaxtında oxuyun! Şənbə, 27 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Vətənpərvərlik insanın daxilindəki duyğulardır. Əgər bunlar yoxdrusa, o insan mənəviyyatsızdır»

Heydər Əliyev (1923 - 2003)
GÜLƏŞ  
23:22 | 25 iyun 2022 | Şənbə Məqaləyə 1521 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Komanda hesabında birinci yer

Azərbaycan cüdoçularından Avropa çempionatında inanılmaz nəticə

MÖVZU İLƏ ƏLAQƏLİ

Xorvatiyanın Poreç şəhərində keçirilən yeniyetmələr arasında cüdo üzrə Avropa çempionatının fərdi mübarizəsinə yekun vurulub. Azərbaycan cüdoçuları bu yarışda tarixi nəticə əldə edərək yeniyetmə oğlanlar arasında komanda hesabında birinci yeri tutub.

Çempionatın ilk günü oğlanlar arasında 50 kq çəkidə Məhəmməd Məmişov bürünc medal qazanıb. 55 kq çəkidə Şahin Oruczadə və 60 kq-da Nizami İmranov bütün rəqiblərini məğlub edərək Avropa çempionu adını qazanıblar. Qızlar arasında 48 kq çəkidə Aydan Vəliyeva çempionatın ikincisi adına layiq görülüb.

Yarışın ikinci günü oğlanlar arasında 66 kq çəki dərəcəsində Əbil Yusubov və Nicat Nağıyev, 73 kq çəkidə Əli Hacızadə bürünc medal qazanıb. Qızlar arasında isə 57 kq çəkidə Fidan Əlizadə bütün rəqiblərinə qalib gələrək komandanın aktivinə üçüncü qızıl medalı yazdırıb.

Beləliklə Azərbaycan yığması fərdi yarışlarda ümumilikdə 3 qızıl, 1 gümüş və 4 bürünc medal qazanıb.

Yeniyetmə oğlanlar millisi 2 qızıl, 4 bürünc medal qazanaraq, Avropa çempionatında medal əyarına və sayına görə birinci yeri tutub. Sonuncu dəfə bu komanda 2004-cü ilin qitə birinciliyində komanda hesabında qələbə əldə etmişdi.

Qeyd edək ki, qızlar millisi cəmi 4 idmançı ilə yarışlara qatılmasına baxmayaraq, 1 qızıl və 1 gümüş medal qazanaraq yarışda tam heyətlə iştirak edən bir çox ölkəni geridə qoyub və komanda hesabında 4-cü olub.

Ümumi komanda hesabında isə 3 qızıl, 1 gümüş və 4 bürünc medalla Azərbaycan yığması ikinci yeri tutub. (Report.az)