vaxtlı-vaxtında oxuyun! Cümə, 20 sentyabr 2019
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.928 AZN
1 Rusiya rublu 1 RUB = 0.0258 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 2.2014 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.3228 AZN
Məhəmməd Hüseyn Şəhriyar (1906 - 1988)

«Şair xalqın səsi, əsrin səsidir,
Vətənin ağsaçlı sərkərdəsidir,
Hökmüylə ordular ayağa qalxır,
Şerinin selində daşlar da axır»

Məhəmməd Hüseyn Şəhriyar (1906 - 1988)
GÜLƏŞ  
14:11 | 23 aprel 2014 | Çərşənbə Məqaləyə 1842 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«Heç olmasa utansınlar»

«İnanıram ki, prezident onların hamısını yerinə oturdacaq»

MÖVZU İLƏ ƏLAQƏLİ

Cüdo və sambo üzrə 9 qat dünya çempionu Zülfiyyə Hüseynova gənclər və idman naziri Azad Rəhimovun «Onun ən yaxşı nəticəsi hansıdır? Qeyri-olimpiya idman növü olan samboda çempion titulu. Gənc qadındır, yaxşı maaşlı işi var. Təqaüd niyə ödənməlidir? İstənilən halda, nazirlik bu məsələdə keçmiş idmançının söylədiyi kimi heç bir maneə yaratmır» açıqlamasına cavab verib.

Bu barədə AzNews.az-a danışan xanım idmançı bildirib ki, cüdoda yetərincə uğurları var və prezident təqaüdü almağa layiqdir: «Əgər nazirlik maneə yaratmırsa, təqaüdlə bağlı cənab prezidentə yazdığım müraciət niyə gedib çatmayıb? İkincisi, əgər cənab nazir cüdonun olimpiya növü olduğunu bilmirsə, mən ona nə deyə bilərəm? SSRİ-də cüdo spartakiadasında üçüncü, SSRİ çempionatında isə ikinci yeri tutmuşam. Dəfələrlə beynəlxalq turnirlərin qalibi və mükafatçısı, hərbiçilərin olimpiya çempionu, hərbiçilərin və tələbələrin dünya çempionuyam. Bir neçə dəfə Avropada beşinci olmuşam, iki olimpiya oyunlarının iştirakçısıyam. Bütün bunlar hamısı cüdoda qazandığım nailiyyətdir. Yəqin ki, cənab nazir cüdonu olimpiya idman növü saymır, yaxud da mənim nəticələrimdən xəbərsizdir». 

«Çox istərdim ki, cənab nazir bunu oxuyub nəticələrimi bilsin»- deyən Z.Hüseynova Azad Rəhimovu üzbəüz teledebata çağırıb: «Əgər mane olmurlarsa, adama deyərlər ki, kim mənim müraciətimin üstünə qol çəkməyib və cənab prezidentə göndərməyib? İstənilən telekanalda canlı debat olsun. Oturaq üzbəüz danışaq. Görək kim haqlıdır, kim haqsız? Niyə haqdan, ədalətdən qaçırlar? Hər dəfə ölkəmizin prezidenti deyir ki, «bəsdir, haqq-ədaləti boğursunuz». Heç olmasa utansınlar bu sözdən ki, prezident dediyi sözü qulaq ardına vururlar. Onsuz da gec-tez haqq, ədalət yerini tutacaq. İnanıram ki, İnşallah cənab prezident bu müsahibələrimin birini oxuyub onların hamısını necə lazımdır yerinə oturdacaq».


   

şərhləri göstər

DİQQƏT!

Əziz oxucular. Mövzudan kənar, müəllifin şəxsinə və təhqir sözlər olan şərhlər yolverilməzdir. Sadaladıqlarımızdan savayı bütün fikirləriniz bizim üçün dəyərlidir.

Hələlik rəy yoxdur.

Şərh əlavə etmək

* Daxil edilməsi vacibdir
(göstərilməyəcək)
 
Smile Sad Huh Laugh Mad Tongue Crying Grin Wink Scared Cool Sleep Blush Unsure Shocked
 
1000 ədəd
 
Yeni şərhlər barədə mənim email ünvanıma məlumat göndər.
 
Mənim blankımdakı məlumatları bu kompüterin yaddaşında saxla.
 
Mən şərtləri. oxuyub tanış olmuşam və qəbul edirəm *