
Cüdo federasiyasında islahat
Milli komandaların məşqçi heyəti gücləndirilib
Milli komandaların məşqçi heyəti gücləndirilib
“Paris-2024”də ilk medalımız qızıl oldu
“Səid tataminin üzərindədirsə, ...”
Azərbaycan cüdo komandası Böyük dəbilqə turnirini ikinci sırada başa vurdu
Hidayət Heydərovun Budapeştdəki performansı bütün stereotipləri qırdı
Azərbaycan cüdoçularından Avropa çempionatında inanılmaz nəticə
Amerikalı bloqqer Putini əlbəyaxa döyüşə çağırdı
Yaponiyada silah cinayətlərinin az olmasının sirri
Peter Zayzenbaher bir neçə qıza təcavüzdə şübhəli bilinir
«İnanıram ki, prezident onların hamısını yerinə oturdacaq»
Zülfiyyə Hüseynova əsəbiləşdi: ««Əmilər», «dayılar» əynində əyni olanlara maşın verirlər...»
Reytinq cədvəlinin Olimpiada lisenziyasına təsiri böyükdür
Elnur Məmmədli: «...ya da idmanla vidalaşacam»
Elxan Məmmədov cüdo tariximzə ilk qızıl əyyarlı medal qazandırdı
Yunanıstanın Heraklion şəhərində veteran cüdoçular arasında keçirilən Avropa çempionatının birinci günü yekunlaşıb. Fərhad Rəcəbli 90 kq çəki dərəcəsində möhtəşəm performans nümayiş etdirərək, qızıl medala sahib olub.
Avropa Cüdo Birliyinin rəsmi saytında yarışın birinci gününün yekunlarına həsr edilən məqalədə qeyd edilir ki, bir sıra yaş kateqoriyalarının birləşdirilməsinə və bununla da bəzi veteran cüdoçular üçün yarış şərtlərinin mürəkkəbləşməsinə baxmayaraq, Fərhad Rəcəblinin (62 yaş) möhtəşəm performans göstərməsinə heç kim mane ola bilməyib.
Xatırladaq ki, Azərbaycan cüdoçuları arasında Avropa miqyaslı yarışlarda ilk dəfə medal qazanaraq, adını ölkə idmanı tarixinə həkk etdirən məhz Fərhad Rəcəbli olub. O, 1978-ci ildə Macarıstanda keçirilən gənclər arasında Avropa birinciliyində 3-cü yerə layiq görülüb. Azərbaycan cüdosunun tanınmış siması indiyə qədər veteranlar arasında 9 dəfə dünya və 8 dəfə Avropa çempionu tituluna sahib çıxıb.
Bununla kifayətlənməyən Fərhad Rəcəbli gənc nəslə örnək olaraq, bacarıqlarını daim təkmilləşdirir və tatami üzərində yeni qələbələrə imza atmaqda davam edir. Heraklionda da cüdo əfsanəmiz triumfla geri dönərək, öz qalib imicinə sadiq qalıb.
“Bu mənim səkkizinci Avropa medalımdır. Bildiyiniz kimi, bizim üçün cüdo təkcə idman deyil, həyat tərzidir. Yarışlarda iştirak etməyimlə yanaşı, 1985-ci ildən Sumqayıt şəhərində cüdo idman növü üzrə məşqçi kimi çalışıram. İndi mənimlə birgə turnirə qatılan veteran cüdoçular hələ altı-yeddi yaşlarında mənim tələbələrim idilər. Bunu görmək mənim üçün həm sevindirici, həm də gürurvericidir”, - deyə Fərhad Rəcəbli Avropa Cüdo Birliyinin rəsmi saytına verdiyi müsahibədə vurğulayıb.
Müəllifin sözlərinə görə, 50 il ərzində davamlı olaraq cüdo idman növündə idmançı və məşqçi kimi fəaliyyət göstərən Fərhad Rəcəbli bütün cüdo ailəsi üçün nümunədir. . Beləliklə, Fərhad Rəcəbli gənc nəslə örnək olaraq, bacarıqlarını daim təkmilləşdirir və tatami üzərində yeni qələbələrə imza atmaqda davam edir. Heraklionda da cüdo əfsanəmiz triumfla geri dönərək, öz qalib imicinə sadiq qalıb.