
Cüdo federasiyasında islahat
Milli komandaların məşqçi heyəti gücləndirilib
Milli komandaların məşqçi heyəti gücləndirilib
“Paris-2024”də ilk medalımız qızıl oldu
“Səid tataminin üzərindədirsə, ...”
Azərbaycan cüdo komandası Böyük dəbilqə turnirini ikinci sırada başa vurdu
Hidayət Heydərovun Budapeştdəki performansı bütün stereotipləri qırdı
Azərbaycan cüdoçularından Avropa çempionatında inanılmaz nəticə
62 yaşlı idmançımızın veteran cüdoçularımız arasında liderliyi davam edir
Amerikalı bloqqer Putini əlbəyaxa döyüşə çağırdı
Yaponiyada silah cinayətlərinin az olmasının sirri
Bürünc medalçımıza 63 min, olimpiya çempionumuza isə 52 min dollar ödənilib
Firdovsi Umudov: «Komanda mənə çox yaxındı»
Bakı-2015 Avropa Oyunlarına heç bir olimpiadada iştirak etməmiş idman növü qatılacaq
Peter Zayzenbaher bir neçə qıza təcavüzdə şübhəli bilinir
«İnanıram ki, prezident onların hamısını yerinə oturdacaq»
Nazir 4 qat dünya, 2 qat Avropa çempionuna qarşı
Federasiya güləşçimizin məğlubiyyətinə münasibət bildirdi
Cüdo və sambo üzrə dəfələrlə dünya çempionu, bir sıra beynəlxalq turnirlərin qalibi Zülfiyyə Hüseynova son vaxtlar idmançıların bahalı avtomobilləri ilə şəkil çəkdirərək sosial şəbəkədə yerləşdirməsini pisləyib.
Bu barədə AzNews.az-a özəl açıqlamasında Hüseynova deyib ki, idmançının nəinki 200 minlik, daha bahalı avtomobillər sürməyə də ixtiyarı var, amma bir şərtlə ki, bunu nümayişkaranə şəkildə reklam etməsin: «Azərbaycanın bayrağını qaldıran şəxsin 200 minlik maşın sürməyə haqqı yoxdur? «Əmilər», «dayılar» əynində əyni olanlara maşın verirlər. Bunlar ala bilməzlər? Bir azərbaycanlı olaraq bilməliyik ki, bizim 20 faiz torpağımız işğal olunub. Bunun utancını çəkməliyik ilk öncə. Bu sözlər hər bir sənətin sahibinə aiddir. Bizim qaçqınımız, köçkünümüz var. O şəkillərə baxıb deyəcəklər ki, bunların necə qaçqını, köçkünü var ki... Amma bayrağı qaldıran adamın nəinki 200 minlik, 2 milyardlıq maşın da halal xoşu olsun. Çünki o alın təriylə qaldırıb o bayrağı və bayrağı da hər kişi qaldıra bilmir. Yalnız prezident harasa gedəndə və idmançı birinci yerə çıxanda bayraq qaldırılır, himn səslənir. Ona milyardlar da azdır...»
Z.Hüseynova həmkarlarına məsləhət verməyi də unutmayıb: «İdmançılara məsləhət görürəm ki, o maşınları reklam etməyin mənası yoxdur».
Qeyd edək ki, son günlər sosial şəbəkələrdə olimpiya çempionları Toğrul Əsgərov, Elnur Məmmədli, həmçinin dəfələrlə dünya çempionu Eduard Məmmədovun bahalı avtomobilləri ilə şəkilləri yayılmışdı.