
“Özləri ödəyirlər”
Nazir Azad Rəhimov Bakıdakı Avropa festivalına gələnlərin xərclərindən danışdı
Nazir Azad Rəhimov Bakıdakı Avropa festivalına gələnlərin xərclərindən danışdı
Sakinlər yeni icra başçısının qəbulunda hansı problemlərdən gileyləndilər?
Gənclər və idman nazirinin yeganə övladı barədə bilinməyənlər
Gömrük rüsumları 15 faizdən 5-ə endirildi
Azərbaycan inhisarçılarının günahsız olduğu üzə çıxdı...
Nazir Azad Rəhimov: «Amma nəticəsinə inanmıram»
Formula 1 üzrə Qran Prini nə qədər tamaşaçı izləyib?
«54 ölkədən 44-ü artıq Bakıdadır, ...»
Azad Rəhimov: «Ledi Qaqaya 1 milyon dollar qonorar vermişdik»
«Ermənistanın festivalı təbliğat meydanına çevirmək planı baş tutmayıb»
İslam Oyunlarından sonra...
Milli Məclisdə...
Azad Rəhimov: «Məsələ idmançının nə qədər qazanmasında deyil, ağlından və vətəndaş mövqeyindən asılıdır»
Azad Rəhimov: «Etdiyimiz qənaətin hesabına heç bir qəpik də istəməyəcəyik»
«Bakı-2015» könüllülər proqramı üçün müraciət qəbulu başa çatmaq üzrədir
Nazir «Hafka»dan danışdı: «O, komandanı maliyyələşdirəcək durumda deyil»
Azərbaycanın gənclər və idman naziri Azad Rəhimov sambo üzrə 5 dəfə, cüdo üzrə isə 4 dəfə dünya çempionu, 2 qat Avropa çempionu, hərbçilər arasında olimpiya çempionu olmuş Zülfiyyə Hüseynovaya prezident təqaüdü verilməsinin qəti əleyhinədir. ANS PRESS-in məlumatına görə, nazir veteran idmançının ittihamlarına bu gün keçirdiyi mətbuat konfransında cavab verib.
Azad Rəhimov bunu dəfələrlə ona müraciət
edən Z.Hüseynovaya da bildirdiyini deyib: «Bunu dəfələrlə onun özünə də
demişəm. Dövlət Gömrük Komitəsində işləyən, yüksək maaş alan birinə niyə təqaüd
verilməlidir? Mən ona təqaüd verilməsinin qəti əleyhinəyəm. Dəfələrlə
görüşmüşük, izah etmişik. Zülfiyyə xanım istəsə, yenə bizə müraciət edə bilər.
Amma mən fikrimi dəyişmək niyyətində deyiləm.»
Rəhimov 44 yaşlı veteran idmançıya
təqaüd vermək istəməməsinin bir səbəbi kimi, onun hələ də gənc olduğunu
göstərib və sambo üzrə 5 dəfə, cüdo üzrə isə 4 dəfə dünya çempionu olan xanım
idmançının böyük nəticələr göstərmədiyini dilə gətirib: «Ölkə başçımız təqaüdü
idmanda böyük nailiyyəti olanlara dəstək məqsədilə verir. Zülfiyyənin hansı
böyük nəticəsi var axı? Qeyri-olimpiya idman növü olan samboda çempion titulu?»
Qeyd edək ki, Zülfiyyə Hüseynova
olimpiya oyunlarında da uğur qazanıb: SSRİ Çempionatında II yer (1991), SSRİ
Xalqlarının Spartakiadasında III yer (1991), Hərbçilərin Olimpiadasında I yer
(1995), XXVI Yay Olimpiya Oyunlarında VII yer (1996), Hərbçilərin Dünya
Çempionatında I yer (1998), Hərbçilərin Olimpiadasında III yer (1999), XXVII
Yay Olimpiya Oyunlarında VII yer (2000) 5 dəfə Avropa Çempionatında V yeri
tutub, Dəfələrlə beynəlxalq turnirlərin qalibi və mükafatçısıdır.
Xatırladaq ki, Zülfiyyə Hüseynova oxu.az-a açıqlamasında haqqının yeyildiyini söyləmişdi: «Mən idman ustasıyam, nəticələrim var, amma buna baxmayaraq prezident təqaüdü almıram. Dəfələrlə cənab prezidentə məktub ünvanlamışam, amma imkan vermirlər məktub gedib çatsın, mane olurlar. Bizim məmurlarımızın çoxu üçün bayraqdansa 30 sm yubka önəmlidir, onlar bununla maraqlanırlar. Nəyə görə mən haqqımı istəməyim, mən ki sizdən sizə aid olanı istəmirəm ki, mənə, özümə aid olanı, əziyyətimin qarşılığını istəyirəm».