
Gəncəlilər nədən narazıdır?
Sakinlər yeni icra başçısının qəbulunda hansı problemlərdən gileyləndilər?
Sakinlər yeni icra başçısının qəbulunda hansı problemlərdən gileyləndilər?
Nazir Azad Rəhimov: «Amma nəticəsinə inanmıram»
İslam Oyunlarının qalibi pul mükafatını iki yerə xərcləyəcək
«Huffington Post»: «Birinci vitse-prezident Mehriban Əliyevanın rəhbərliyi sayəsində ölkədəki tədbirlərin böyük uğuru təmin olunub»
İlham Əliyev: «Təşkilat Komitəsinin fəaliyyətini çox yüksək qiymətləndirirəm və bu, artıq təbii bir haldır»
İlham Əliyev: «O vaxt ağlımıza da gələ bilməzdi ki, idmançılarımız bu qədər medal qazanacaq»
Azərbaycanın liderliyi ilə sona çatan IV İslam Həmrəyliyi Oyunlarınn bağlanış mərasimi
Azərbaycan IV İslam Həmrəyliyi Oyunlarından alnı-açıq çıxdı
Mayın 23-də saat 12-dən sonra
Azərbaycanı IV İslam Həmrəyliyi Oyunlarının qalibi saymaq olar
Azərbaycan liderliyini qoruyur
63 qızıl, 35 gümüş və 26 bürünc medalla siyahıya başçılıq edrik
9 qızıl, 4 gümüş, 4 isə bürünc
Prezident İlham Əliyev taekvandoçu Radik İsayevi bir gündə iki medal təqdim mükafatlandırdı
Federasiya prezidenti üzrə milli komandamızın üzvlərinə qızıl medalları təqdim edib
18-dən 9-u qızıl, 5-i gümüş, 4-ü isə bürünc
Azərbaycan rəsmiləri Cümə axşamı çıxışlarında qeyd edib ki, onlar ev sahibinin 4-cü İslam Həmrəyliyi Oyunlarını medallar cədvəlinin ilk pilləsində tamamlayacağına ümid edir.
Oyunların rəsmi açılışına Cümə günü paytaxt Bakı şəhərində Xəzər dənizinin qərb sahilində start veriləcək. 2015-ci ildə keçirilən birinci Avropa Oyunlarında medalların sayına görə ikinci yer tutan ev sahibləri bu Oyunlarda birinci yerə layiq görülməyi qarşısına məqsəd qoyub.
«İslam ölkələri idman və yüngül atletika baxımından hələ də öz sözünü deməyib. Avropa Oyunlarında hədəfimiz üçüncü yer idi. Bu oyunlarda isə birinci yer uğrunda mübarizə aparırıq», – deyə Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə öz çıxışı zamanı qeyd edib.
Azərbaycan Bakının ev sahibliyi etdiyi birinci Avropa Oyunlarında gözləntiləri üstələyərək 21 qızıl medal qazandı və 79 qızıl medal qazanan Rusiyadan bir addım geridə qaldı.
Lakin Hüseynzadə bildirib ki, əgər Azərbaycan atletləri gücünü dünyada tanıtmaq istəyirsə, onlar daim öz üzərində çalışmalıdır.
«Biz Azərbaycanda idmanı daha da inkişaf etdirməliyik. Biz məşqçiləri və atletləri bir araya gətirərək iştirak səviyyəsini yüksəltməliyik», – deyə Bakıda keçirilən mətbuat konfransında Çingiz Hüseynzadə əlavə edib.
İslam Həmrəyliyi Oyunlarına son zərbə üç ölkənin - Liviya, Küveyt və Sudanın Oyunlardan imtina etməsindən sonra dəydi, belə ki, iştirakçı ölkələrin sayı 57-dən 54-ə endi.
Azərbaycanın Gənclər və İdman naziri Azad Rəhimov bu ölkələrin Oyunlardan imtina etməsindən məyus olduğunu ifadə etdi, lakin Cümə axşamı Bakı Olimpiya Stadionunda baş tutacaq Açılış Mərasiminin həyəcanına diqqəti cəmləmənin zəruriliyini vurğuladı.
«Biz bütün ölkələrin atletlərinin lazımi səviyyədə yerləşdirilməsi üçün müvafiq tədbirlər görmüşük. Biz üç ölkənin Oyunlardan geri çəkilməsinə görə məyusuq, lakin onların qərarlarına hörmət edirik».
«Biz çox həyəcanlıyıq. Bakı hazırdır» deyə cənab Rəhimov əlavə edib.
Oyunların rəsmi açılışından əvvəl həftənin əvvəlində həndbol və futbol yarışlarına start verilib.
Rəsmilər bütün biletlərin satıldığını iddia etsə də, hər iki yarışda azarkeşlərin sayının seyrək olduğu açıq-aşkar sezilirdi.
Futbol Azərbaycanda çox məşhur idman növüdür, lakin 0-0 hesabı ilə başa çatan Azərbaycan-Kamerun qarşılaşmasında Bayıl Arenada çox az azarkeş var idi.
«Qarşıda çoxlu futbol yarışları olacaq, ona görə də ola bilsin ki, insanlar birinci oyuna gəlməmək qərarına gəlib», deyə cənab Rəhimov izah edib. «İzdiham o vaxtdan etibarən getdikcə artır» deyə o, əlavə edib.
54 iştirakçı ölkədən 44-ü rəsmi şəxslərlə birlikdə hazırda Bakıdadır və növbəti 24 saat ərzində digər səkkiz komanda da Atletlər Kəndinə yerləşəcək.