
I Avropa Oyunları yaddaşlardadır
Kapralos Prezident Əliyevlə görüşdə mundialın təmtərağını xatırlatdı
Kapralos Prezident Əliyevlə görüşdə mundialın təmtərağını xatırlatdı
Nazir Azad Rəhimov Bakıdakı Avropa festivalına gələnlərin xərclərindən danışdı
Sakinlər yeni icra başçısının qəbulunda hansı problemlərdən gileyləndilər?
Gənclər və idman nazirinin yeganə övladı barədə bilinməyənlər
Nazir Azad Rəhimov: «Amma nəticəsinə inanmıram»
Formula 1 üzrə Qran Prini nə qədər tamaşaçı izləyib?
«54 ölkədən 44-ü artıq Bakıdadır, ...»
Minsk Avropa Oyunlarını keçirməyə hazırlaşır
Ayaz Mütəllibov: «Ən münasib namizəd idi»
Hakimiyyət daxilində qocaların ikinci plana keçməsi sürətlənəcək
«Mehriban Əliyeva çox peşəkar, bilikli, təcrübəli, prinsipial, həm də çox xeyirxah insandır»
İlham Əliyev: «Belə təşəbbüslər çox böyük ictimai məna daşıyır»
Azad Rəhimov: «Ledi Qaqaya 1 milyon dollar qonorar vermişdik»
«Ermənistanın festivalı təbliğat meydanına çevirmək planı baş tutmayıb»
İslam Oyunlarından sonra...
Milli Məclisdə...
Bakıda keçiriləcək Birinci Avropa Oyunlarının büdcəsi üç hissəyə bölünüb: əməliyyat, idman obyektləri və qurğularının inşasına investisiyalar və üçüncü hissə - şəhərin infrastrukturu ilə bağlı olan xərclər.
İnterfaks xəbər verir ki, bunu Azərbaycanın idman naziri Azad Rəhimov bildirib.
«Avropa Oyunlarının əməliyyat büdcəsi 959 milyon manat, üstəgəl ehtiyat fonddan 1 mln. 154 min manat təşkil edib. Bu gün artıq büdcənin 60 faizə yaxını müxtəlif əməliyyat xərclərinə sərf olunub» - deyə, nazir bildirib.
Nazir bildirib ki, Olimpiya futbol stadionu 500 milyon manat, Su idmanı növləri sarayı 200 milyon manatdan çox, atıcılıq mərkəzi 110 milyon manat, Heydər Əliyev adına İdman kompleksi və Bulvar Arena hərəsi 50 milyon manata yaxın, Avropa Parkı 100 milyon manatdan az məbləğə başa gəlib.
«Manat və dolların məzənnə fərqi bir qədər dəyişdi və biz potensial olaraq, ölkə büdcəsindən daha çox pul istəyəcəyimizi düşünürdük, lakin fikrimcə, etdiyimiz qənaətin hesabına heç bir qəpik də istəməyəcəyik. Yəni, başladığımız məbləğlə işləri başa çatdıra biləcəyik», - deyə, Azad Rəhimov qeyd edib.