
Gəncəlilər nədən narazıdır?
Sakinlər yeni icra başçısının qəbulunda hansı problemlərdən gileyləndilər?
Sakinlər yeni icra başçısının qəbulunda hansı problemlərdən gileyləndilər?
Gənclər və idman nazirinin yeganə övladı barədə bilinməyənlər
Nazir Azad Rəhimov: «Amma nəticəsinə inanmıram»
Formula 1 üzrə Qran Prini nə qədər tamaşaçı izləyib?
«54 ölkədən 44-ü artıq Bakıdadır, ...»
Azad Rəhimov: «Ledi Qaqaya 1 milyon dollar qonorar vermişdik»
«Ermənistanın festivalı təbliğat meydanına çevirmək planı baş tutmayıb»
İslam Oyunlarından sonra...
Milli Məclisdə...
Azad Rəhimov: «Məsələ idmançının nə qədər qazanmasında deyil, ağlından və vətəndaş mövqeyindən asılıdır»
Azad Rəhimov: «Etdiyimiz qənaətin hesabına heç bir qəpik də istəməyəcəyik»
«Bakı-2015» könüllülər proqramı üçün müraciət qəbulu başa çatmaq üzrədir
Nazir «Hafka»dan danışdı: «O, komandanı maliyyələşdirəcək durumda deyil»
Mətbuata bu cür yanaşma digərlərinə nümunə olmalıdır
«İnanıram ki, prezident onların hamısını yerinə oturdacaq»
Nazir 4 qat dünya, 2 qat Avropa çempionuna qarşı
“Bakı daha bir mötəbər yarışa ev sahibliyi edir. Festivalı qəbul edəcək bütün idman obyektləri, Atletlər Kəndi, bütünlükdə Bakı bu Festivala tam hazırdır”.
Bunu Gənclər və İdman naziri Azad Rəhimov "Bakı 2019" XV Avropa Gənclər Yay Olimpiya Festivalı (EYOF) ilə əlaqədar təşkil olunan mətbuat konfransında deyib.
Nazir qeyd edib ki, yarışların təşkili ilə bağlı işlərin böyük hissəsinə yerli mütəxəssislər məsuliyyət daşıyır: "Bu, Azərbaycan üçün və Avropa üçün çox vacib bir yarışdır. Avropadan başqa heç bir qitədə gənclər arasında belə yarış keçirilmir. Biz buna nail olduq. Bu, bizim idmançılar üçün böyük bir təcrübə, böyük bir sınaq olacaq... Açılış mərasiminə 6700 bilet satılıb. Təəssüflər olsun ki, bəzi arenalarda oturacaqların sayı azdır. Baxmaq istəyənlər isə çoxdur".
Nazir vurğulayıb ki, bəzi yarışlar üçün biletlərin 60 faizi, bəziləri üçün isə 50 faizi satılıb. İdmançıların xərclərinin ödənilməsinə gəlincə isə, A.Rəhimov qeyd edib ki, komandalar xərclərini özləri ödəyirlər: “Azərbaycana bu yarış üçün gələn hər bir idmançı 90 avro pul ödəyir. Bura 3 dəfə yemək və qalmaq daxildir. Nəqliyyat və uçuş xərclərini hər bir ölkə özü ödəyir”.
Nazir əlavə edib ki, digər ölkələrlə müqayisədə Azərbaycanda bu yarışların keçirilməsi üçün nəzərdə tutulan büdcə daha azdır.
Qeyd edək ki, bu gün Bakıda XV Avropa Gənclər Yay Olimpiya Festivalı start götürüb. İyulun 27-nə qədər davam edəcək mötəbər turnir 12 idman obyektində keçiriləcək.
Festivalda Avropanın 48 ölkəsindən 3900 atlet iştirak edəcək. İştirakçıların 52 faizi oğlan, 48 faizi isə qızdır. İdmançılar 135 dəst medal uğrunda güclərini sınayacaqlar. Mükafatçılar üçün ümumilikdə 930 medal hazırlanıb. Medalların 300-ü qızıl, 300-ü gümüş, 330-u isə bürüncdür.
Festivalda Azərbaycanı 122 idmançı təmsil edəcək.
XV Avropa Gənclər Yay Olimpiya Festivalında atletlər idmanın 10 növü - gimnastika, atletika, basketbol, velosiped idmanı, həndbol, cüdo, üzgüçülük, tennis, voleybol və güləş üzrə yarışlarda qüvvələrini sınayacaqlar.
Onu da qeyd edək ki, Avropa Gənclər Yay Olimpiya Festivalının açılış mərasimi bu gün saat 20:00 da “Bakı Kristal Zal”da keçiriləcək.