
Cüdo federasiyasında islahat
Milli komandaların məşqçi heyəti gücləndirilib
Milli komandaların məşqçi heyəti gücləndirilib
“Paris-2024”də ilk medalımız qızıl oldu
“Səid tataminin üzərindədirsə, ...”
Azərbaycan cüdo komandası Böyük dəbilqə turnirini ikinci sırada başa vurdu
Azərbaycan cüdoçularından Avropa çempionatında inanılmaz nəticə
62 yaşlı idmançımızın veteran cüdoçularımız arasında liderliyi davam edir
Amerikalı bloqqer Putini əlbəyaxa döyüşə çağırdı
Yaponiyada silah cinayətlərinin az olmasının sirri
Peter Zayzenbaher bir neçə qıza təcavüzdə şübhəli bilinir
«İnanıram ki, prezident onların hamısını yerinə oturdacaq»
Zülfiyyə Hüseynova əsəbiləşdi: ««Əmilər», «dayılar» əynində əyni olanlara maşın verirlər...»
Reytinq cədvəlinin Olimpiada lisenziyasına təsiri böyükdür
Elnur Məmmədli: «...ya da idmanla vidalaşacam»
Elxan Məmmədov cüdo tariximzə ilk qızıl əyyarlı medal qazandırdı
Beynəlxalq Cüdo Federasiyasının (BCF) rəsmi saytında Hidayət Heydərovun finalda yarışdığı gürcü rəqibi Laşa Şavdatuaşvilinin ləqəbinin “ölümsüz” olduğu qeyd edilib.
2021-ci ildə Budapeştdə dünya çempionu olan idmançı, ard-arda Paris, Tbilisi və Budapeştdə yüksək nəticələr göstərərək, fiziki və taktiki-texniki hazırlığının nə qədər yüksək olduğunu bütün dünyaya nümayiş etdirdi. Dünən, idmançı bir çox rəqibini geridə qoyaraq, finala son dərəcə soyuqqanlı və özünə inanaraq addımlayırdı. Lakin, müəllifin sözlərinə görə, son məqamı qazanıb qazanmamaq yox, bunu necə edəcəyi, zəka və düzgün dəyərləndirici baxış həll edir.
Məqalədə idmançımız Hidayət Heydərov haqqında bildirilib ki, o Olimpiya və dünya ikincisi Rüstəm Orucovu qabaqlayaraq, -73 kq çəki dərəcəsində komandasında liderə çevrilib: “Bir müddətdir ki, Heydərovun nəticələri daha yaxşıdır və bu yarışdığı finallarda və qazandığı medallarda özünü büruzə verir. O, finala gedən yolda amerikalı Cek Yonezuka, polşalı Viktor Mrovçinski və tacik Behruzi Xocazodanı geridə qoydu. Yarımfinalda kubalı Magdiel Estradaya ilə qarşılaşmasında çətinlik çəkdi, lakin ən əsas məsələ hələ qabaqda idi”.
Final gərgin, yüksək səviyyədə keçəcəyini vəd edirdi. Hər iki cüdoçu təcrübəli, güclü, taktiki-texniki göstəriciləri yüksək olan idmançılar idi. Rəqibinə “golden score” bölümündə “te-waza” ilə qalib gələn Heydərov, Şavdatuaşvilinin hegemonluğuna son qoyan möhtəşəm döyüş nümayiş etdirdi.