
“Qarabağ”ın məğlub etdiyi “Bode Qlimt”
İndi Avropa bizi yox, onu alqışlayır
İndi Avropa bizi yox, onu alqışlayır
Hava şaxtalı olduğundan futbolçular vaxt aparmırdılar
... Yaxud hər zarafatdakı həqiqət payı
“Qarabağ” autsayderin qapısına 70 dəqiqə yol tapmadı
Çox danışmışıq, demişik, milyon dəfə təkrarlamışıq, amma ...
AFFA-nın yarıtmaz olması “Qarabağ”ın özünü ən komfortda hiss etdiyi konfiqurasiyadır
Gücləri yetərincədir, civə kimidirlər
Bu parlaq qələbəni azərbaycanlı qazandı…
Ağdamlılar “Sabah”da xal itirdi
Ağdamlılar qış transferində transfer edəcəkmi?
Kim ölkəsinin futboluna daha çox xeyir verir?
Ağdamlılara qələbə lazımdır
Qurban Qurbanov: “Son oyunun mahiyyətini bilirik”
... Yaxud uğuru münasibətlərinə QURBAN edənlər
“Qarabağ” heç-heçəsi nə qədər xal qazandırıb?
“Bircə ona pis oluram ki, “Qarabağ” “Olimpiakos”a az qol vurdu”
İlk matçdan sonra da yazmışdım, bir də təkrarlayım: “Lex”lə cavab matçında azarkeş amili vacib rol oynayacaq. Ona görə də hər kəsi sabahkı matça gəlməyə, sona qədər komandanı dəstəkləməyə çağırıram. Niyə bu qədər israrlı olduğumu qısaca izah edim.
Əvvəla, dəstək heç vaxt artıq deyil, ona hər dəfə – oyunun əhəmiyyətindən, fəslindən, günündən, saatından asılı olmayaraq ehtiyac var. Bu öz yerində.
Deyə bilərsiniz, düz də deyərsiniz ki, Polşa çempionunu azarkeş dəstəyiylə qorxutmaq olmaz. Onların 4-cü liqasında oyunlara bizim derbilərdən çox adam gəlir, özü də mütəmadi. Bəli, amma burda məsələ başqadı. “Bəhramov”un ab-havası fərqlidir. Burda azarkeşlər çox ağır küy yarada bilir. Arenanın akustikası buna imkan verir. Nəzərə alsaq ki, biz tribunada şərqi deməyi (bunun səbəbinə gələcəm) yox, yaxşı qışqırmağı bacarırıq, bu “bacarığ”ımızdan maksimum istifadə edə bilərik. Rəqib baş məşqçilərdən biri bir dəfə demişdi: “bir ara elə bildim stadiona təyyarə endi”. Belə cümlələri çox nadir hallarda eşidirik, amma bu Azərbaycan azarkeşinə böyük tərifdir. Səs-küylüyük.
“Tofiq Bəhramov” stadionu milli arenadır. Burda çoxdandır heç kim ilboyu meydan sahibi olmadığından (“Qarabağ” Suraxanıyla buranı növbələşdirir) və əsasən avrokubok və milli matçlar keçirildiyindən tribunalarda konkret klub şərqiləri yoxdur. Bu stadiona gələn azarkeş futbol yox, ölüm-qalım söhbətinə aydınlıq gətirmək üçün gəlir. Nəzərə alsaq ki, biz hələ də beynəlxalq arenadakı qələbələrə acıq, bu proses hələ uzun müddət davam edəcək.
Sabahkı matç da milli matçdır. Azərbaycan futbolunun yükünü çiynində daşıyan “Qarabağ” hər il milli mənafe üçün meydana çıxır və bu məsul tapşırığın öhdəsindən gəlir. Yenə də gəlməsi üçün bu dəfə azarkeş tribunaya gəlməlidir. Çünki çoxdandı ilk təsnifat matçında “Qarabağ”a belə ağır tapşırıq düşmürdü. Sonuncu dəfə belə bir şey 2008-də “Rusenborq”la olmuşdu. Orda verilən dəstək də, sonrası da hamımıza məlumdur. Yeni bir əfsanənin yazılması üçün isə bu dəfə polyaklar məğlub edilməlidir. O polyaklar ki, Azərbaycan təmsilçisindən qorxurlar. Dillərinə gətirməsələr də, buranın cəhənnəm istisindən, yol uzaqlığından şikayətçidilər, Qurban Qurbanovun yetirmələrindən, onların gücündən çəkinirlər. Bu durumdan meydanda futbolçular, ondan kənarda isə azarkeşlər istifadə etməlidir.
Bir sözlə, tənbəllik etməyin. Sabah stadiona gedib, komandanı sona qədər dəstəkləyin. Buna ehtiyac var, özü də lap çox.