vaxtlı-vaxtında oxuyun! Cümə, 3 may 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Məhəmməd Hüseyn Şəhriyar (1906 - 1988)

«Şair xalqın səsi, əsrin səsidir,
Vətənin ağsaçlı sərkərdəsidir,
Hökmüylə ordular ayağa qalxır,
Şerinin selində daşlar da axır»

Məhəmməd Hüseyn Şəhriyar (1906 - 1988)
GÜLƏŞ  
09:46 | 18 noyabr 2013 | Bazar ertəsi Məqaləyə 2817 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Bu dəfə geriləyən olmadı

Reytinq cədvəlinin Olimpiada lisenziyasına təsiri böyükdür

apasport.az

MÖVZU İLƏ ƏLAQƏLİ

Beynəlxalq Сüdo Federasiyası yeni reytinq cədvəlini açıqlayıb. Noyabr ayı üçün açıqlanan siyahını Azərbaycan millisinin aparıcı üzvləri üçün uğurlu saymaq olar.

Belə ki, müəyyən müddətdən sonra Peter Zayzenbaherin yetirmələrindən geriləyən olmayıb. Əvəzində Elnur Məmmədli (81 kq) və Kifayət Qasımova (57 kq) rəqiblərinin zəif çıxışı səbəbindən 1 pillə qabağa gediblər. Onlar hazırda müvafiq olaraq, 51-ci və 15-ci yerlərə yüksəlib. 
Digər cüdoçularımız - İlqar Müşkiyev, Orxan Səfərov (hər ikisi 60 kq), Nicat Şıxəlizadə (66 kq), Tərlan Kərimov (66 kq), Rüstəm Orucov (73 kq), Tural Səfquliyev (81 kq), Şahin Qəhrəmanov (90 kq), Elxan Məmmədov, Elmar Qasımov (hər ikisi 100 kq) və Ramilə Yusubova (63 kq) mövqelərini qoruyublar. Onlar müvafiq olaraq, yenə 15-ci, 23-cü, 13-cü, 48-ci, 14-cü, 34-cü, 7-ci, 1-ci, 7-ci və 66-cı pillədədirlər. 
Qeyd edək ki, bu idman növündə Olimpiadaya lisenziya reytinq cədvəlinə əsasən verilir.