vaxtlı-vaxtında oxuyun! Çərşənbə axşamı, 12 noyabr 2019
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.928 AZN
1 Rusiya rublu 1 RUB = 0.0258 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 2.2014 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.3228 AZN
Barış Manço (1943 - 1999)

«Keçmişini tanımayan bugününü anlaya, sabahını isə qura bilməz»

Barış Manço (1943 - 1999)
TOP OYUNLARI  
14:05 | 7 iyun 2019 | Cümə Məqaləyə 1019 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Bahalı əcnəbi sevdası

Qanun pozuntusu yoxdur, amma korrupsiya var

MÖVZU İLƏ ƏLAQƏLİ

Əsas milli: Nikola Yurçeviç – 1 milyon avro U-21: Milan Obradoviç – 400 min avro U-15 və U-16: Miloş Velebit – 350 min avro

Bu siyahı milli komandalarımıza bu il baş məşqçi təyin olunan əcnəbilərin siyahısı və onların illik maaş siyahısıdır. AFFA 3 çalışdırıcıya 1,75 milyon avro, yəni təqribən 3,5 milyon manat maaş verir. Bu isə assosiasiyanın ümumi büdcəsinin 12 faizi deməkdi. Bunun üzərinə onların mənzillə təmin olunması, qidalanması, müxtəlif nəqliyyat və s. xərclərini də gəlsək, rəqəmlər xeyli böyüyür.

Aşağı yaş qruplarında baş məşqçilər indiyədək 3-5 min manat aralığında aylıq maaş alıb. Yaşar Vahabzadə, Təbriz Həsənov, Rəşad Sadıqov və başqalarının orta aylıq əmək haqqı 4 min manatdan hesablanıb. Obradoviç bundan 20 qat artığını ələ keçirir. Məntiqlə Vahabzadənin vaxtında komanda minimum 1 xal qazanırdısa, deməli, Milan bunun 20 qat artığına nail olmalıdır. Onun rəhbərlik etdiyi komanda isə dünən Lixtenşteynə tarixindəki ilk qələbəni yaşatmaqla bacarığını göstərdi.

Yurçeviçin yetirmələrinin də hələ xala həsrət qaldığını nəzərə alsaq, AFFA-nın əcnəbi sevgisinin səbəblərini bilmək istərdik. Onsuz da ölkə futbolunun kadr potensialını, durumunu bilə-bilə AFFA-nın büdcəsini dağıtmaq ölkəyə xəyanətdir. Sıradan topqovanlarla böyük futbol oynamaq mümkün deyil. Ondansa uşaq futboluna, akademiyalara əcnəbilər gətirilsəydi, bünövrəni sağlam qoymaq üçün nələrsə edilsəydi, daha məntiqli olardı.

Amma iş ondadı ki, AFFA-ya milli komandanın nəticələri, uğurlu çıxışı yox, öz qazanclarının miqdarı önəmlidi. Yuxarıda adını çəkdiyimiz məşqçilərə sərf olunan pulun 10 faizi qədər, yəni 175 min avro kimlərinsə cibinə gedib. Məşqçilərlə anlaşmanın reallaşması üçün danışıqları aparan menecerlər bu qədər komissiyon haqqı alıb.

Və həmin adam da başqası deyil. AFFA-da bu işlər monopoliyadadır. Baş katib Elxan Məmmədovun şəxsi dəllalı, “Sumqayıt”ın prezidenti Riad Rəfiyevdən başqa kimsə bu bazara girə bilməz. O isə 2-3 ay ərzində qazandığı bu pulu hamisi ilə bölüşmək məcburiyyətindədir.

Hər hansı qanun pozuntusu yoxdu. Bütün dünyada menecer haqqı ödənilir. Fərq ondadır ki, Azərbaycanda bunu yalnız bir nəfər edə bilər və Rəfiyevin sahibi olduğu “3R” şirkəti də bunun üçün yaradılıb. Büdcədən gedən böyük pullar bu yolla təmizlənir, kimlərisə varlandırır. Milli komandanın nəticələri, şərəf və ya rüsvayçılıq – onların vecinə də deyil, təki cibləri dolsun. Uğursuzluq özü də bu insanların xeyrinədir, kimsə qovulacaq, yerinə başqasını tapacaqlar və yenə faizlərini qazanacaqlar.

Bu insanların həyat prinsipi budur. İldə bir-iki dəfə belə bazarlıq edir, həyatlarını qururlar, Azərbaycan futbolu isə uçuruma yuvarlanmaqdadır. Ölkə rəhbərliyi, azarkeşlər aldadılır, min cür bəhanə ilə zaman ötüşdürürlər. Ayılsaydılar pis olmazdı…

Hələ əcnəbilərin siyahısına Bernard Lipperti də salmalıyıq. 10 ildir AFFA-da heç bir iş görmədən vəzifə tutan texniki direktor aylıq 30 min avro maaşla çoxdan milyonçu olub.

Hesablayın, cənablar, hesablayın…

FƏRİD


   

şərhləri göstər

DİQQƏT!

Əziz oxucular. Mövzudan kənar, müəllifin şəxsinə və təhqir sözlər olan şərhlər yolverilməzdir. Sadaladıqlarımızdan savayı bütün fikirləriniz bizim üçün dəyərlidir.

Hələlik rəy yoxdur.

Şərh əlavə etmək

* Daxil edilməsi vacibdir
(göstərilməyəcək)
 
Smile Sad Huh Laugh Mad Tongue Crying Grin Wink Scared Cool Sleep Blush Unsure Shocked
 
1000 ədəd
 
Yeni şərhlər barədə mənim email ünvanıma məlumat göndər.
 
Mənim blankımdakı məlumatları bu kompüterin yaddaşında saxla.
 
Mən şərtləri. oxuyub tanış olmuşam və qəbul edirəm *