vaxtlı-vaxtında oxuyun! Bazar ertəsi, 27 oktyabr 2025
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Müstəqillik yolu qədər çətin yol yoxdur»

Heydər Əliyev (1923 - 2003)
BANK, BİRJA, SIĞORTA  
Polşalılar qızıla üz tutdu 19:21 | 11 sentyabr 2025 | Cümə axşamı Məqaləyə 594 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Polşalılar qızıla üz tutdu

Mərkəzi Bank ehtiyatlarını aktivlərinin 30%-inə yüksəldəcək

XALİDƏ

MÖVZU İLƏ ƏLAQƏLİ

Dünən Polşa Mərkəzi Bankı (NBP) qızıl ehtiyatlarını rezerv varlıqlarının 30%-inə çatdırmaq planlarını açıqlayıb. Bu addım ölkənin maliyyə təhlükəsizliyini gücləndirməyi hədəfləyir.

NBP, qızıl alımlarının vaxtı və həcminin bazar şərtlərinə uyğun müəyyən ediləcəyini bildirib.

NBP-in sədri Adam Qlapinski elektron poçt vasitəsilə göndərilən açıqlamada, “Qlobal qarışıqlığın yaşandığı və yeni maliyyə düzəninin axtarıldığı bu çətin dövrlərdə, qızıl dövlət rezervləri üçün yeganə etibarlı investisiyadır”, – deyib.

Qlapinski keçən həftə, bankın idarə heyətinə qızıl üçün rezerv hədəfinin 30%-ə qaldırılması təklifini verəcəyini bildirib.

Polşa Mərkəzi Bankı, Rusiya 2022-ci ilin fevralında Ukraynanı işğal etdikdən sonra qızıl alımlarını əhəmiyyətli dərəcədə artırıb. NBP hazırda 515 tonadək qızıl saxlayır ki, bu da ümumi rəsmi rezerv varlıqlarının təxminən 22%-ni təşkil edir.

Mərkəzi banka görə, NBP-nin valyuta ehtiyatlarının ümumi dəyəri 953 milyard zlotidən (təxminən 261 milyard dollar) çoxdur.