

AFFA, yoxsa Cavadov?
... Yaxud sorağı gəlməyən istedad
Nazim Süleymanov: “Bu cür idarəetmə ilə futbol inkişaf edə bilməz”
Qanun pozuntusu yoxdur, amma korrupsiya var
... Yaxud 21 rəqəminin uğursuzluğu
... Yaxud AFFA-nın qurbanı olanlar üçün sayğı duruşu
Britaniya səfiri Bakıda keçiriləcək Avropa Liqasının finalı haqda
İngiltərə KİV-i sayıqlamaları, Kloppun cahilliyi
Final günü dünya bizi dinləyib və bizi eşidəcək
UEFA Bakının “qara qaşına-gözünə” vurulmayıb
Bakıda ərəbləri avropalılar əvəz edəcək
Səbr kasası daşan Nazarovun AFFA-dan tələbi ...
Futbolu kiçildə-kiçildə özləri “böyüdülər”
... Elxan Məmmədova 6 xatırlatma
Düşünməyə cəhd də göstərməyin, ...
Daha nələr etmək olar?
Ötən axşam Avro-2020-nin seçmə mərhələsində keçirilmiş Azərbaycan – Slovakiya oyunundan sonra “Bakcell Arena”da AFFA-nın İcraiyyə Komitəsinin təcili toplantısı keçirilib.
Vaxt.az xəbər verir ki, Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin də dəvət olunduğu iclasda millinin son iki oyunda göstərdiyi uğursuz nəticələr müzakirə olunub. Baş məşqçi hər iki qarşılaşma ilə əlaqədar İcraiyyə Komitəsinə qısa hesabat verib və bildirilib ki, yaxın günlərdə ətraflı hesabat təqdim olunacaq.
İcraiyyə Komitəsinin ümumi rəyi belə olub ki, Azərbaycan milli komandasına dəvət olunan futbolçular üzərlərinə düşən məsuliyyəti dərk etməli, bütün oyunlarda var gücləri ilə mübarizə aparmalı, heç bir halda imkanlarından aşağı səviyyədə çıxış etməməlidirlər.
Xatırladaq ki, Avro-2020-nin seçmə mərhələsində 3 oyun keçirib hamısında məğlub olan Azərbaycan millisi futbol azarkeşlərinin də etirazına səbəb olub. Belə ki, ötən axşam “Bakcell Arena”da keçirilən oyun zamanı azarkeşlər AFFA rəhbərliyinə qarşı “İstefa!” şüarı səsləndiriblər.
Azərbaycan millisi Xorvatiyaya 1:2, Macarıstana 1:3, Slovakiyaya 1:5 hesabı ilə uduzaraq qrupda sonuncu yeri tutur.
şərhləri göstər
Əziz oxucular. Mövzudan kənar, müəllifin şəxsinə və təhqir sözlər olan şərhlər yolverilməzdir. Sadaladıqlarımızdan savayı bütün fikirləriniz bizim üçün dəyərlidir.
Şərh əlavə etmək