vaxtlı-vaxtında oxuyun! Bazar, 21 iyul 2019
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.928 AZN
1 Rusiya rublu 1 RUB = 0.0258 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 2.2014 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.3228 AZN
Mustafa Kamal Atatürk (1881 - 1938)

«Türk oğlu əcdadını tanıdıqca, daha böyük işlər görmək üçün özündə güc tapacaq»

Mustafa Kamal Atatürk (1881 - 1938)
TOP OYUNLARI  
17:23 | 15 fevral 2019 | Cümə Məqaləyə 434 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Kabab iyinə gələn Yurçeviçlə son bir il

Vəd verməyə əsas olmalıdır

FƏRİD

MÖVZU İLƏ ƏLAQƏLİ

Özünə hörmət edən məşqçi birillik müqavilə bağlamaz. Bunu edirsə, deməli, plansızdı, inkişaf strategiyası, uzunmüddətli iş proqramı yoxdur. Və AFFA da buna razılaşırsa, belə biri ilə anlaşırsa, deməli, Nikola Yurçeviç müvəqqəti biridir, onunla zaman öldürür, könül əyləndirirlər. 2020-də kimin kimlə əyləndiyini də görəcəyik.

Məhz indi AFFA-nın niyə milli komandaya məşqçi tapa bilməməsinin səbəbi aydın olur. Deməli, ölkə rəhbərliyi səviyyəsində konkret tələb qoyulması ilə bağlı deyilənlər həqiqətdir. Ya yığma Avro-2020-nin final mərhələsinə vəsiqə qazanmalıdır, ya da futbol təsərrüfatı qitə birinciliyi yekunlaşan kimi zəlzələyə düşəcək. Böyük kompensasiyalardan qaçmaq üçün uzunmüddətli müqavilələrə icazə verilməyib. Yalnız 1 ili nəzərdə tutan anlaşmaya isə heç kim razılaşmayıb. Belədə milli təcrübəsi olmayan, heç nə itirməyəcək Yurçeviç missiyanı boynuna götürməyə razılaşıb.

İndi xorvat məşqçi ya sehrli çubuqla ötən illərdə futbolun inkişafı ilə bağlı görülməyən işləri unutdurub, millini finallara çıxarmalı, ya da ona bu şansı verənləri də arxasına salıb, səhnədən çəkinməlidir. Çətin, məşəqqətli dövr başlayır.

Yurçeviç də vəziyyətdən halidir. Bu potensialla milli komandamızın heç nə əldə etməyəcəyini bilir. İşsiz qalmaqdansa, normal şərtləri olan anlaşma ilə pul qazanmağa, eyni zamanda CV-nə “milli” əlavəsini etməyə razılıq verib. Onun ancaq qazanmaq üçün gəldiyini bugünkü mətbuat konfransında həmkarımızın verdiyi suala cavabından da hiss etmək olardı. Bütün suallara candərdi, diplomatik cavab verən Nikolanın mətbəxdən, quzu kababından söz düşən kimi sifəti açıldı. Kababdan, yemək-içməkdən elə həvəslə danışdı ki, milyonlar səltənətinə tamahla gəldiyi aydınlaşdı.

Mətbuat konfransında AFFA rəhbərliyindən heç kim yox idi. Yurçeviçi itdəymiş kimi tək buraxmışdılar. Belə məclislərdə ən azı baş katib Elxan Məmmədov gözə dəyməliydi. Amma mətbuat qarşısında ya vəd vermək, ya da vəziyyəti malalamaq lazım olacaqdı. Vəd verməyə əsas olmalıdır, malalamağı isə “yuxarılar” qəbul etmir. Bu səbəbdən Məmmədov da üzə çıxmamağı lazım bildi. Əvvəlki məşqçilərin, eləcə də Qurban Qurbanovun təqdimat mərasimində özünü səhnəyə atan baş katib bu dəfə qeyb olmuşdu.

AFFA prezidenti Rövnəq Abdullayevin dünən hamını SOCAR-a, ayağına gəlməyə məcbur etməsi də təsadüf deyildi. Heç vitse-prezident Elşad Nəsirovun həmin tədbirdən yayınması da... Artıq hədəfdə yalnız baş katib qalıb. İllərdi ölkə futbolunun başına oyun açan, indi isə bütün uğursuzluqlara görə cavab verməli olan Elxan bəy gizlənir. Amma seçmə mərhələnin gedişində onu tez-tez tapacaq, ifşa edəcəyik.

Yurçeviç millidə işə başlayır. Birillik anlaşmasının maliyyə detalları rəsmi müqavilə imzalanarkən açıqlanmalıdır – belə vəd verdilər. Amma indi bunun heç bir önəmi yoxdur. Onsuz da hər şey gələn ilin yayında bitəcək. HƏR ŞEY...


   

şərhləri göstər

DİQQƏT!

Əziz oxucular. Mövzudan kənar, müəllifin şəxsinə və təhqir sözlər olan şərhlər yolverilməzdir. Sadaladıqlarımızdan savayı bütün fikirləriniz bizim üçün dəyərlidir.

Hələlik rəy yoxdur.

Şərh əlavə etmək

* Daxil edilməsi vacibdir
(göstərilməyəcək)
 
Smile Sad Huh Laugh Mad Tongue Crying Grin Wink Scared Cool Sleep Blush Unsure Shocked
 
1000 ədəd
 
Yeni şərhlər barədə mənim email ünvanıma məlumat göndər.
 
Mənim blankımdakı məlumatları bu kompüterin yaddaşında saxla.
 
Mən şərtləri. oxuyub tanış olmuşam və qəbul edirəm *